Hamiləlik əlamətləri

Hamiləlik əlamətləri
Hamiləlik
10.09.2017 3
Hamiləliyin 5 erkən əlamətləri 

Hamiləliyin
bir çox erkən əlamətləri var, lakin, hər qadın fərqlidir və bunların
hamısını yaşaya bilməz. Aşağıdakıların hamısı hamiləliyin erkən
əlamətləri ola bilər, lakin, buraxılmış menstruasiyadan başqa, onların
hamısı qadının normal menstruasiya dövrünün bir hissəsi ola bilər. 



1. Buraxılmış menstruasiya dövrü 

Əgər
müntəzəm menstruasiya dövrünüz varsa, o zaman, buraxılmış menstruasiya
hamilə olduğunuzun əsas əlamətidir. Lakin, bəzi hallarda siz hamilə
olsanız belə, az qanaxma ola bilər. Buna görə də, əgər sizdə hamiləliyin
digər əlamətləri varsa, hamiləlik testi götürməyiniz məsləhətdir.​ 



2. Ürək bulanması və qusma 

Bəzi
qadınlar səhər ürəkbulanması yaşayırlar, hətta hamiləliyin erkən
mərhələlərində belə. Adına baxmayaraq, səhər üləkbulanması günün hər
hansı vaxtında və ya gecə baş verə bilər və ürəkbulanması və ya qusma
ilə seçilir. Əgər öhdəsindən gəlmək çətindirsə, səhər ürəkbulanmasını
azaltmaq haqqında məsləhətləri bizim hamiləlik zamanı bədəniniz​​
bölməsindən ala bilərsiniz. 



3. Yorğunluq və emosional hiss etmə 

Hamiləlik
sizi yorğun hiss etdirə bilər, xüsusən ilk trimesterdə. Hormon artımı
daxil olmaqla bədəninizdə gedən bütün dəyişikliklər sizi normaldan artıq
emosional edə bilər. 



4. Tez-tez ayaqyoluna getmək 

Sidik
kisənizi tez-tez boşaltmaq istəyi, xüsusən hamiləliyin 6 və 8-ci
həftələrində gecə vaxtları, hamiləliyin erkən əlamətlərindən biridir. 



5. Dəyişmiş döşlər 

Siz
döşlərinizdə aybaşının başlamasında olduğu kimi eyni dəyişiklikləri
hiss edə bilərsiniz. Bu zaman, döşləriniz böyüyür, damarlar daha aydın
görünür və döş gilələri daha tünd və qabarmış olur. Döşləriniz, hətta,
səsə və toxunuşa qarşı həssas ola bilər. 



Hamiləliyin digər mümkün erkən əlamətləri 

Vaginada
axıntı - hamilə olduğunuz zaman, vaginada axıntının artdığını görmək
olar (heç bir ağrı və ya qıcıqlanma hissi olmadan). 

Dad
və qoxu bilmədə dəyişiklik - bəzi qadınlar qəribə metal dadı hiss
etdiklərini bildirirlər. Həmçinin, əvvəllər xoşladığınız qidaya qarşı
həvəsinizi itirə və yeni yeməklər istəyə bilərsiniz. Qoxu bilmə
qabiliyyətinizə gəldikdə, müəyyən qoxulara artıq dözə bilmədiyinizi hiss
edə bilərsiniz. 



Hamiləlik testi 

Hamilə
olduğunuzu yoxlamağın ən yaxşı yolu hamiləlik testidir. Bir çox
apteklər müxtəlif hazır testlər təklif edirlər, buna görə də, əgər
yuxarıdakı əlamətlərdən hansısa sizdə varsa, bunu test ilə yoxlayın.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!