Hamiləlikdə cinsi əlaqə körpəyə zərərlidir?

Hamiləlikdə cinsi əlaqə körpəyə zərərlidir?
Hamiləlik
10.09.2017 97
Hamiləlik müddətində cinsi münasibətlər mövzusunda qulaqdan-qulağa eşidilən bəzi fikirlər cütlüklər arasında qorxulara səbəb olur. Türkiyəli həkim-mütəxəssis Bülent Tıraş bu dövrdə yaşanan cinsi münasibətin körpəyə zərər verib-verməyəcəyi haqqında maraqlı fikirlər söyləyib. Aile.lent.az cütlüklərin marağına səbəb olacaq həmin vacib məlumatlarla sizi də tanış edir.
Həkimin sözlərinə görə, hamiləlik zamanı cinsi əlaqədə olmaq zərərlidir fikri kökündən yanlışdır: "Bu yanlış fikrin yayılmasının bir çox səbəbləri var. Hamiləlik müddətində cinsi əlaqə körpəyə heç zaman zərər verə bilməz. Çünki körpənin amnion mayesi (embrionu qoruyan və qidalandıran maye) bütün fiziki dəyişiklikləri içində saxlayacaq şəkildə yaradılıb. Ona görə də hamiləlik dövründə sekslə məşğul olmaq zərərli deyil”.
 
Mütəxəssis bildirir ki, cinsi əlaqədə vacib olan körpəyə təzyiq etməyəcək pozalara üstünlük verməkdir: "Bəzi cütlüklər hamiləlik dövründə cinsi əlaqədə olmurlar. Əslində bu fakt körpəyə daha çox zərərlidir. Çünki cinsi münasibət zamanı anadan ifraz edilən seraton hormonu birbaşa körpənin inkişafına təsir edir. Bu hormon cütlüklər arasında sevgini də artırır, körpənin ruhən daha sağlam və ailə mühitində doğulmasına zəmin yaradır”.
 
B. Tıraş aşağıdakı məqamlara diqqət etməyi məsləhət görür:
 
1. Cinsi münasibət zamanı qadınla həssas davranmaq lazımdır
2. Ani davranış və hərəkətlərdən uzaq durmaq lazımdır
3. Körpəyə təzyiq etmək olmazскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!