Hamilə qalmaq istəyirsinizsə,bu pozanı seçin

Hamilə qalmaq istəyirsinizsə,bu pozanı seçin
Hamiləlik
10.09.2017 55
Hamilə
qalmaq üçün necə, nə cür və nə zaman sekslə məşğul olmağın cavablarını
Aile.lent.az türkiyəli mütəxəssislərin araşdırmalarına əsasən cavab
verəcək.

 

Hamilə qalmaq üçün nə vaxt sekslə məşğul olmaq lazımdır?

 

Ovulyasiyadan
əvvəl 5 gün içərisində qorunmadan sekslə məşğul olsanız, hamilə qalma
ehtimalınız çox yüksəkdir. Menstrual dövrün birinci günü aybaşının ilk
günüdür. Bir çox qadınlar sonrakı dövrə daxil olmadan 14 gün əvvəl
ovulyasiya yaşayır. Yəni menstrual dövrünüzün 24-30 gün arasında davam
etdiyini düşünsək, 10-16-cı günlər arasında ovulyasiya ola bilər.

 

Yumurta
yumurtalıqlardan buraxıldığında sperma ilə birləşə bilir və bu müddət
12-24 saat arasında dəyişir. Spermaların bir neçə gün canlı qaldığını
düşünsək, ovulyasiyadan bir az əvvəl sekslə məşğul olmaq hamilə
qalmağınıza şərait yarada bilər.  

 

Hamilə qalmaq üçün tez-tez sekslə məşğul olmaq lazımdırmı?

 

Məntiqlə
düşünsək, sekslə nə qədər çox məşğul olsanız, o qədər yaxşıdır deyə
bilərsiniz. Lakin hamilə qalmaq üçün sekslə çox məşğul olmaq təsirli
deyil. Tez boşalmaq sperma keyfiyyətini aşağı sala bilər. Digər
tərəfdən, həftədə bir dəfə seks də sperma keyfiyyətinə mənfi təsir edir.
Çünki çölə atılmayan spermalar yaşlanır və yumurtanı dölləmək üçün
təsirli bir formada hərəkət etməyə bilər. Mütəxəssislər gündə bir
dəfədən çox olmayan seksin hamilə qalmaq üçün daha təsirli olduğunu
deyirlər.

 

Hamiləlik şansı hansı pozada daha çoxdur?

 

Kitablardan
oxuduğunuz və ya filmlərinə baxdığınız Kama Sutra pozalarını bir qırağa
qoyun. Klassik pozalar hamilə qalmaq üçün ən uyğun olanıdır. Hamilə
qalma şansının ən yüksək olduğu poza misyoner (kişinin üstdə olduğu)
pozasıdır. Bu zaman çox yaxşı üzmək qabiliyyəti olan spermalar qadın
bədənində sürətlə hərəkət edir. Misyoner pozada münasibət zamanı və
sonrakı 1 saat ərzində belin altına yastıq qoyaraq uzanmaq spermaların
daha rahat və uzun müddət vaginada qalmasını təmin edir. Mütəxəssislər
boşaldıqdan sonra 20 dəqiqə yataqda qalmağı və dizləri qaldıraraq
uzanmağın da hamilə qalma şansını artırdığını bildirirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!