Miqreni olan qadınlara həkim məsləhəti: hamilə qalın

Miqreni olan qadınlara həkim məsləhəti: hamilə qalın
Hamiləlik
10.09.2017 9
Şiddətli
baş ağrıları ilə müşahidə edilən miqren qadınlarda daha çox rast
gəlinir. Hamiləlik dövründə dərman qəbul edilməməsi miqren xəstəsi olan
qadınları narahat etsə də, araşdırmalar başqa faktı sübut edib. Məlum
olub ki, hamiləlik və süd vermə müddətində miqren hücumları azalır.

Aile.lent.az türkiyəli həkim mütəxəssis Hale Gökmenin miqren haqqında açıqladığı çoxlarına məlum olmayan faktları təqdim edir.

Həkim
bildirib ki, menstruasiya vaxtı miqren hücumlarını artır. Bunun da
səbəbi o dövrdə estrogen səviyyəsində baş verən dəyişikliklərdir. Lakin
hamiləlik müddətində qadınlar menstruasiya olmadıqları üçün bu
qıcıqlardan da azad olurlar. Bu isə birbaşa olaraq miqren hücumlarını
azaldır: "Hamiləlik zamanı miqren tutmaları baş verərsə,
məhdudlaşdırılmış və hamiləliyə uyğun müalicə kursu təyin edilir. Çünki
hamiləlik müddətində müalicə fərqli olur. Hücumların sayını azaltmaq
üçün mütəmadi olaraq istifadə edilən dərmanların çoxu hamiləlikdə
qadağan edilir. Xəstənin vəziyyətinə, ağrıların sıxlığı və ağırlığına
görə uyğun dərman seçilir. Lakin bəzi kartizon tərkibli dərmanlar
hamilələrə də verilə bilər. Yəni hətta hamiləlik vaxtı şiddətli miqren
hücumlarının belə qarşısını almaq olar”.

H.
Gökmen miqrenin əsasən hormonlarla bağlı olduğunu vurğulayıb. Doğuşdan
sonra isə körpənin stressi, nizamlı yuxu yatmamaq və hormonal
dəyişikliklərdən dolayı miqren hücumları tez-tez baş verə bilər.
Araşdırmalar isə sübut edib ki, süd verən analarda miqren hücumları daha
az müşahidə edilir. Çünki uşaq əmizdirən qadınların qanındakı estrogen
səviyyəsində dəyişiklik baş verir.

Yuxu nizamsızlığı miqren problemini qabardır

Həkim
onu da əlavə edib ki, miqren uşaqlar daxil olmaqla hər yaşda müşahidə
edilə bilən sağlamlıq problemidir. Daha çox 30-39 yaş insanlarda
müşahidə edilir. Miqren genetik olaraq keçən xəstəlikdir, auralı və
aurasız olmaqla iki yerə bölünür: "Miqren hallarının 75 faizi yüngül
miqren deyilən aurasız miqren tipidir. Miqren hücumlarının yaranmasına
yuxu nizamsızlığı, stress, stressdən sonrakı dövr, küləkli hava, aclıq,
parfüm kimi qoxular, boyun ağrısı, qadınlarda menstruasiya dövrü,
hamiləlikdən qorunma həbləri, cinsi aktivlik, gur işıq, idman və siqaret
kimi amillər səbəb olur”.   

 

Ağrıkəsicilər miqrenə pis təsir edir

Çoxları
miqren hücumlarından xilas olmağın ən asan yolunu ağrıkəsicilərdə
görür. Həkim bildirir ki, insan miqren hücumlarına səbəb olan amillərdən
uzaq durarsa, problemi də nəzarətdə saxlaya bilər: "Hər zaman eyni
saatda yatmaq və oyanmaq, nizamlı qidalanmaq, siqaretdən uzaq durmaq
vacibdir. Çin yeməklərindəki süni dadlandırıcılar kimi bəzi qidalara
qadağa qoymaq lazımdır. Miqreni olan insanlar həyatlarının müəyyən
vaxtlarında bunu daha şiddətli yaşayırlar. Miqrenin xronikiləşməsinin
qarşısını almaq üçün və ayda 4-5 dəfə miqren hücumuna məruz qalan
insanlar mütləq həkimə müraciət etməlidirlər. Çünki daim ağrıkəsicilərə
xilas yolu kimi baxmaq bu problemi daha da dərinləşdirə bilər”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!