Analara uyğun geyim qaydaları

Analara uyğun geyim qaydaları
Hamiləlik
10.09.2017 16
Əksər
qadınlar hamiləlik geyiminə tədarük görürlər, amma əmizdirmə dövrünü
diqqətdən qaçırırlar. Nəzərə almaq lazımdır ki, hamiləlikdə qadının
bədəni yalnız sonuncu 2 trimestri yəni 6 ay dəyişikliklərə uyğayır,
lakin əmizidirmə tövsiyyə olunan 2 il müddətində davam edir. 



Bu
səbəbdən ana əmizdirmə dövrü üçün xüsusi hazırlıq görməyi daha
səmərəlidir. Analara hətta körpəsi kiçik olan vaxtlarda da səliqəli və
sanballı görünmək üçün bir sıra qaydalar vardır. Ana və körpənin
rahatlığı üçün geyimin ümümi qaydaları və tövsiyyələr aşağıdakılardır: 



Süd və körpənin ağız suyu ləkələrinin gözə çarpmadığı rəng və çalarlı geyim əmizdirən anaya daha uyğundur. 



Gen biçimli geyimlər bədəni optimal hərarətdə saxlayır, rahatlıq hissi verir və əmizdirmə prosesini asanlaşdırır. 



Geyimi
yalnız xüsusi hamilə və böyük bədən qadınlar üçün nəzərdə tutulan geyim
dükanlarından almaq mütləq deyil. Ümumi qadın kütləsi üçün nəzərdə
tutulan alt və üst paltar dükanlarından çox faydalı bazarlıq etmək
mümkündür. 



Doğuşdan
öncədə sizə kifayət edəcək minimal sayda ( bir və ya bir neçə) dəst
paltar seçib alın. Çünki, geyindikcə və körpəni əmizdirdikcə sizə məhz
hansı biçim geyimin uyğun olduğunu anlayacaqsınız. Körpə ilə bazarlıq
etmək elə də çətin məsələ deyil. Doğuşdan bir neçə həftə sonra istənilən
vaxt öz qarderobunuza yeni geyimlər almağa şəraitiniz olacaqdır. 



Özünüzü
geyiminizə deyil, geyiminizi doğuşdan sonrakı bədəninizə uyğunlaşdırın.
Sözsüz ki, hamiləlikdən sonra ananın bədəni idealdan uzaq desək
yanılmarıq. Lakin bu bədənin də öz gözəlliyi və təbiiliyi var. Hamiləlik
səbəbindən yığılan çəkidən utanmaq lazım deyil. Lakin eyni zamanda zahı
qadın dar və sıx paltarlar geyinməklə eyiblərini aşkara
çıxarmamalıdır. 



Geyim hər zaman adekvat biçim və ölçüdə olmalıdır. 



Öncədən
səriştəli və bacarıqlı dərzi tapmağa çalışın. Dərzi hamiləlikdən öncə
geyindiyiniz paltarları həyatınızın yeni mərhələsinə uyğunlaşdırmağa
yardımçı olar. Üstəlik paltarlarınızı əmizdirməyə uyğunlaşdırmanız ailə
büccəsinə xeyli qənaət etməyə səbəb olacaqdır. 



Rahat
və səliqəli görünmək çətin iş deyil. Öz görünüşünə qarşı çox tələbkar
olan xanımlar belə doğuşdan sonra bir neçə həftə ərzində pijamada
gəzməyə üstünlük verməkləri tamamən normal qarşılanmalıdır. Ananın
bədəni fiziki rehabilitasiya və emosional uyğunlaşma mərhələsi keçir .
Öncədən gözəl görünüşlü , sinəsi rahat açılan ev geyimi və pijamalar
almaqdan çəkinməyin. 



Müəllif: Zülfüqarova Səltənət,скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!