Doğum zamanı nəfəs texnikaları

Doğum zamanı nəfəs texnikaları
Hamiləlik
10.09.2017 49
Normal
doğumda sancıların başlamasından körpənin doğumuna qədər keçən müddətdə
ananın doğru şəkildə nəfəs alıb verməsi həm ana həm körpə üçün
faydalıdır. Ananın doğuma daha yaxşı konsentrə olmasını və doğum
ağrılarına asan dözməsini təmin edir. Anaya və körpəyə daha çox oksigen
getmesini təmin edir. Uyğun gucenme texnikaları ilə birgə tətbiq olunan
nəfəs texnikaları sancıların effektiv istifadə edilməsini yəni doğumun
daha asan irəliləməsini təmin edəcək. Nəfəs məşqlərini doğum başlamadan
əvvəl hamiləlik müddətin tərəfindən evdə arada sırada tapşırıqlar edərək
öyrənmək lazımdır. 



Nəfəs
alma – vermə texnikalarında diqqət yetirilməsi lazım olan birinci xüsus
nəfəsin burundan alınıb ağızdan verilməsidir. Nəfəs alıb vermə çox
sürətli olmamalıdır, normal sürətdə olmalıdır. Nəfəs alıb vermə üç
şəkilldə ola bilər: 

1- Sinə tənəffüsü, 2- Qarın tənəffüsü 3- Sinə və qarın birlikdə qarışıq tənəffüs 

Bu
şəkildə nəfəs alma texnikalarını öz özünüzə sınayaraq sadəcə öyrənə
bilərsiniz. Oturduğunuz yerdə dik dayanaraq və ya yatağa kürək üstü
uzanaraq bu nəfəs texnikalarını məşq edə bilərsiniz. 

Sinə
tənəffüsü etmək üçün burnunuzdan nəfəs alarkən sinənizi şişirməyə və
yüksəltməyə çalışın sonra yavaşca ağızınızdan nəfəsinizi verin. Bu
sırada qarın bölgəsi şişməməlidir, yalnız sinə genişləməlidir. Bu hər
kəsin normalda da sıxlıqla tətbiq etdiyi bir tənəffüs tipidir. 

Qarın
tənəffüsü ümumiyyətlə daha çətindir ancaq tapşırıqlar edərək asanca
öyrənə bilərsiniz. Bunu sınamaq üçün bir yerə dik şəkildə oturun və
burnunuzdan yavaşca nəfəs alın ancaq bu sırada sinəniz deyil qarınınız
şişməlidir. Nəfəs alarkən sinənizi qaldırmayın və genişlətməyin yalnız
qarınınızın önə doğru şişməsini təmin edin. Bunları anlamaq üçün bir
əlinizi sinənizə digər əlinizi qarınınıza qoya bilərsiniz. Sinənizdəki
əliniz nəfəs alarkən tərpənməməli, qarınınızdakı əliniz nəfəs alarkən
önə doğru irəliləməlidir. 



Doğumda
nəfəs alıb vermə əməliyyatlarını iki ayrı hissəyə ayıra bilərik.
Birincisi doğum ağrılarının başlamasından rəhm ağızının tam açılmasına
qədər olan hissə (doğumun birinci mərhələsi), ikincisi rəhm ağızının tam
açılmasından körpənin çıxışına qədər olan hissə (doğumun ikinci
mərhələsi). Bu iki mərhələdə fərqli şəkildə nəfəs texnikaları tətbiq
olunur.Rəhm ağızının tam açıldığını siz özünüz anlaya bilməzsiniz bunu
sizə həkiminiz söyləyəcək, bu mərhələ başladığında nəfəs texnikası
dəyişəcək və gücənmə texnikaları da əlavə olunacaq. Rəhm ağızı tam
açılmadan əvvəl yəni ilk mərhələdə gücənmə edilməz. 



Doğumun
ilk mərhələsində müəyyən aralıq sancılar gələcəkdir və aralarda 3 – 5
və ya 10 dəqiqə sancısız rahat dövrlər olacaq. Sancısız dövrlərdə normal
və yavaş nəfəs alaraq istirahət etməniz lazımdır. Sancı gəldiyi anda
isə sinə tənəffüsü və ya qarışıq tənəffüs etməlisiniz. Doğumun birinci
mərhələsində qarın tənəffüsü edilməsinə ehtiyac yoxdur. Sancı başladığı
anda bir dəfə dərin tənəffüs edin və daha sonra sancı kəsilənə qədər
normal miqdarda nəfəs alıb verməyə davam edin. Bütün tənəffüslər
burundan alıb ağızdan verəcək şəkildə olmalıdır. Sancının bitməsində bir
dəfə daha dərin tənəffüs edərək texnikaya son verin. Daha sonra
istirahət etmə mərhələsində boşalın və gözəl şeylər (məsələn körpənizin
doğumdan sonrakı hallarını) düşünərək rahatlayın. Hər sancı gəldiyində
bu nəfəsləri təkrarlayın. Bu şəkildə tətbiq etdiyiniz nəfəslər həm sizin
sancıları asan dəf etmınizi təmin edəcək həm də körpəyə bol oksigen
təmin edəcək. 



Doğumun
ikinci mərhələsində yəni rəhm ağızı tam (9-10 santimetr) açıldıqdan
sonra artıq qarın tənəffüsü etməyə başlamalısınız. Sancı gəldiyi anda
yuxarıda izah edildiyi şəkildə dərin bir qarın tənəffüsü edərək sizə
təsvir edildiyi şəkildə gücənn, körpənizi irəli doğru itələməyə
çalışın.Gücənmə əməliyyatını nəfəsinizi tutaraq və ya ağızınızdan çox
yavaş şəkildə nəfəs verərək "ıııııııııııııı…” şəklində səs çıxararaq edə
bilərsiniz. Əhəmiyyətli olan bu sırada qarınınızı şişirib gözləməməniz
və gücü boyunuza doğru deyil doğum yoluna doğru itələyəcək şəkildə
verməyə işinizdir. Ağrı keçənə qədər bu gücənmələri təkrarlamalısınız,
onsuz da bu əsnada həkiminiz sizə təriflərlə köməkçi olacaq. Bu
mərhələdə sinə tənəffüsü edilməz, qarın tənəffüsü çox daha yaxşı
gücənmənizi təmin edər. Ağrılar keçdiyində normal nəfəs alaraq istirahət
edə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!