Hamilə olmaq üçün ayda 6 qızıl gün

Hamilə olmaq üçün ayda 6 qızıl gün
Hamiləlik
10.09.2017 19
Şirniyyat yedikdən sonra ayran için

Dişlərin çürüməsinə ən çox səbəb olan qida müxtəlif növ
şirniyyatlardır. Mütəxəssislər şirniyyat yedikdən sonra süd məhsulları
qəbul etdikdə çürümə prosesinin qarşısının alındığını qeyd edirlər.



10 yaşına qədər uşaqlara kompüterdən istifadəni qadağan edin

Türk professor Beyazyürekin sözlərinə görə 10 yaşına qədər
uşaqların kompüter qarşısında oturması düzgün deyil. Çünki, bu yaşa
qədər uşaqda hələ abstrakt təfəkkür formalaşmadığından onun kompüterlə
"ünsiyyəti” getdikcə "robotlaşmasına” gətirib çıxarır.



Hamilə ikən sevişmək qadını doğuma hazırlayır

Problemsiz keçən hamiləlik zamanı cinsi əlaqədə olmaq doğulacaq
uşağın sağlamlığına pis təsir etməz. Əksinə, qadın bədəninin doğuşa daha
yaxşı hazırlanmasına kömək edər. Lakin bu zaman qadın mütləq üstdə
olmalıdır.



Hamilə olmaq üçün ayda 6 "qızıl” gün var

Özünüzü artıq uşaq sahibi olmağa hazır hiss edirsinizsə, cinsi həyatınızı qaydaya salmaq vacibdir.

Aybaşı tsikli düzgün və müntəzəm olan bir qadının hamilə olması
üçün ən uyğun dövr aybaşı tsiklinin 11-ci və 17-ci günləri arasıdır.

Bu zaman müddətində cinsi əlaqədə olsanız hamilə olma ehtimalınız artar.



Kontraseptiv həb qəbulundan sonra hamiləlik əkiz uşaq doğma ehtimalını artırır

Ana olmağa hazırlaşırsınızsa, 3 ay əvvəldən kontraseptiv həblərin qəbulunu dayandırın.

Bu həblərin qəbulundan 3 ay sonra qadında yenidən ovulyasiya başlanır və hamilə olma ehtimalı 80%-ə qədər yüksəlir.

Ancaq belə dərmanların qəbulunu dayandırdıqdan sonra ilk birinci ay
ərzində qadın hamilə qalarsa, əkiz uşaq doğma ehtimalı kəskin şəkildə
artır.



ABŞ Qida və Dərman maddələri Departamenti valideynlərə xəbərdarlıq edir

ABŞ Qida və Dərman maddələri Departamenti valideynlərə 2 yaşdan
kiçik uşaqlara həkim məsləhəti olmadan soyuqdəymə və öskürək əleyhinə
preparatların verilməməsini məsləhət görür.

Son vaxtlar bu yaş qrupunda həmin preparatların düzgün qaydada
verilməməsinin səbəb olduğu sağlamlıq pozuntusu halları artmışdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!