Hamiləlik zamanı qidalanma

Hamiləlik zamanı qidalanma
Hamiləlik
10.09.2017 77
Hamiləlik,
ana olmaq, dünyaya özündən bir canlı gətirmək qədər xoş bir hiss
yoxdur. Eyni zamanda da xüsusi, bir o qədər də məsuliyyətli
dönəmdir. Körpənin böyüməsi, sağlam olması, ruhən və fiziki olaraq yaxşı
inkişaf etməsi ananın sağlamlığı və düzgün qidalanmasından aslıdır.
Çünki ana bətnində uşaq ananın qidalandıqlarından özünə lazım olanları
seçir və onlarla qidalanaraq böyüyür. 
Hamiləlikdə düzgün qidalanmamaq nəyə səbəb olar?
Hamilə
ana zəif qidalanmağa başlasa uşaq ana bətnində ananın orqanizmindəki
qidalandırırcı maddələrlə qidalanmağa başlayar. Bu da, uşaq ilə yanaşı
ananın özünün də sağlamlığını təhlükə altında qoyar. Nəticədə uşaq ölü
doğula, fiziki və ya ruhi problemləri ola bilər, erkən doğum da qaçılmaz
haldır. Ana da isə qansızlıq, ayaqlarda şiş, sümüklərdə zəiflik
yaranır. Ananın düzgün qidalanması doğuşdan sonra körpəyə lazımi
miqdarda süd verməsi üçün məcburidir.
Hamiləliyin tələb etdiyi enerji və qida elementləri:
Ət, yumurta, lobyakimilər:
Bu
qidalar beyin, əzələ, sümük və dişlərin inkişafı, eyni zamanda da qanın
artması üçün faydalıdır. Orqanizmin zülal və dəmir ehtiyacını ödəyir.
Süd və süd məhsulları:
Sümüklərin, dişlərin və böyüməyin əsas yardımçılarıdır. Zülal və kalsium qaynağıdır. 

Tərəvəz və meyvələr:
Böyümə və inkişaf üçün orqanizmi vitaminlər və minerallarla zənginləşdirər.
Dənli bitkilər:
Kalori və B qrupu vitaminləri özündə birləşdirdiyi üçün böyümə və inkişafa yaxşı təsir edir.
Enerji verən yağ və şəkərlər:
Orqanizmdə
enerji çatışmazlığını bərpa edir. Bu qidalandırıcı maddələri normal
həyatımızda olduğu kimi hamiləlik dövründə də davamlı qəbul etməliyik. 

Kalsium 
Kalsium
körpə ana bətnində 8 həftəlik olarkən yaranmağa başlayan sümük və
dişlərin inkişafında mühüm rol oynayan mineraldır. Buna görə də
hamiləlik vaxtı ana namizədləri bol-bol süd, pendir, qatıq və yaşıl
tərəvəzlər qəbul etməlidir. 

C vitamini
C
vitamini orqanizmi xəstəlik, mikroblardan qoruyaraq imuniteti
gücləndirir. C vitamini üçün portağal, limon, feyxoa, qırmızı və yaşıl
bibər, gül kələmi, pomidor, çiyələk, kahı, kələm və qreyrut qəbul etmək
lazımdır. 
Folik
Asid isə körpənin mərkəzi sinir sisteminin inkişafı üçün bu maddə çox
vacibdir. Daha çox yerfındığı, fındıq, gül kələmi, kəpəkli çörək
yeməlisiniz.
Lifli qidalar
Bu
tip qidalar hamiləlikdə tez-tez rast gəlinən qəbizlik və
bağırsaqlardakı problemləri aradan qaldırır. Bulantı olduğu zaman da bu
qidalar köməyə gəlir. Lifli qidalar qrupuna daha çox qaysı, kəpəkli
çörək, quru üçüm, lobya, qəhvəyi düyü aiddir.
Hamilə analar üçün 2000 kalorilik meyu
Səhər: 1 stəkan süd, 1 yumurta, 1 dilim pendir, 1 dilim çörək, 1 pomidor, 1 xiyar, cəfəri, yaşıl bibər
Ara naharı: 1 meyvə, 1 stəkan ayran, 1 incə dilim çörək
Günorta naharı: 1 boşqab ətli qurulobyalı yemək, 1 boşqab plov və ya makaron, 1 stəkan ayran, 1 boşqab salat, 1 orta dilim çörək, 1 ədəd meyvə
Axşam: 1
boşqab ət – mal əti, balıq və ya toyuq (tərəvəzli), 1 boşqab zeytun
yağlı tərəvəzli yemək, 1 stəkan ayran, 1 boşqab salat , 1 orta dilim
çörək
Gecə: 1 su stəkan süd və ya 1 boşqab südlü şiriniyyat, 1 boşqab meyvə
Qeyd edək ki, səhər və ya ara naharında 5 zeytun, 1 çay qaşığı bal, doşab qəbul edilə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!