Hamiləlik QIÇS-in inkişafını ləngidir

Hamiləlik QIÇS-in inkişafını ləngidir
Hamiləlik
10.09.2017 14
Hamiləlik nəinki QIÇS-i ağırlaşdırmır, hətta əksinə, qadınların sağlamlığına olduqca müsbət təsir göstərir.

Vanderbilt
Universiteti alimlərinin dediyinə görə, təkrari hamiləliklər zamanı
QIÇS-in inkişafı ilk hamiləlikdə olduğuna nisbətən daha da ləngiyir.

Əvvəllər
aparılmış tədqiqatlar sübut etmişdir ki, retrovirus əleyhinə yüksək
aktivlikli müalicə alan analarda dölə QIÇS virusunun ötürülmə riski
olduqca azdır və təxminən 1% təşkil edir. Lakin alimlərə hamiləliyin
QIÇS infeksiyasının gedişinə təsiri haqqında heç bir şey məlum deyildi.



Timoti
Starlinqin rəhbərliyi altında ABŞ alimləri 1997-2004-cü illər ərzində
759 nəfər QIÇS-a yoluxmuş qadının sağlamlıq vəziyyətini müşahidə
etmişlər. Qadınların 71%-i (540 nəfər) retrovirus əleyhinə yüksək
aktivlikli müalicə almışdır. Göstərilən zaman müddəti ərzində qadınların
18%-i (139 nəfər) birinci və ya təkrari hamiləlik keçirmişdir.

Alimlər
QIÇS infeksiyasının proqressivləşmə riskini – QIÇS-la əlaqəli
xəstəliklərin (Kapoşi sarkoması, pnevmosist pnevmoniya, qida borusunun
kandidozu və s.) inkişafı və ya ölümlə nəticələnməyə görə
qiymətləndirmişlər. Tədqiqatçılar hamilə və hamilə olmayan qadınlarda
xəstəliyin proqressivləşmə riskinin eyni olacağını güman edirdilər.
Lakin müəyyən olundu ki, hamilə qadınlarda bu göstərici xeyli aşağıdır.
Təkrari hamiləlik keçirənlərdə QIÇS infeksiyasının proqressivləşmə
riskinin ilk dəfə hamilə olan qadınlardakından az olması da alimlərin
nəzərindən qaçmamışdır.

Sterlinq
belə ehtimal edir ki, hamiləlik dövründə qadın orqanizmində baş verən
əhəmiyyətli immunoloji dəyişikliklər gələcək ananın sağlamlığına QIÇS
infeksiyasının mənfi təsirini azaldır.

Tədqiqatın nəticələri barədə məlumat "Journal of Infectious Diseases” jurnalında dərc olunmuşdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!