Hamilələr bu qidalardan uzaq dursunlar!

Hamilələr bu qidalardan uzaq dursunlar!
Hamiləlik
10.09.2017 57
Hamiləlik
dövründə qadınlar yediklərinə, içdiklərinə fikir verməlidirlər. Çünki
ən kiçik bir səhv həm ananın, həm də körpənin sağlamlığına pis təsir edə
bilər. 



Qadınlar.biz  hamiləlik dövründə xanımların qida menyusundan çıxarılmalı olan qidaları araşdırıb: 



Kofein

Qəhvə içməyi tərgidin. Körpə üçün çox zərərlidir. Tərkibində kofein olan hər şeydən uzaq durun. 



Kifli pendirlər

Kifli
pendirlərin tərkibində bakteriyalar olur. Bu bakteriyalar bir körpənin
ölü doğulmasına səbəb ola bilər. Hamiləlik dövründə əsla belə pendirlər
yeməyin. 



Qaraciyər

Qaraciyərin
tərkibində çoxlu miqdarda "retinol” adlı maddə var. Hamiləlikdə
qaraciyər başda olmaqla tərkibində retinol olan heç bir qidanı
yeməməlisiniz. Çünki bu maddə orqanizmdə toplanaraq qalır və körpəyə
zərər verir. 



Az bişmiş ət və yumurta

Hamiləlik
dövründə tərkbində bakteriya ola biləcək heyvan mənşəli qidalar
bişirildikdən sonra yeyilməlidir. Yumurtanı və əti yaxşı-yaxşı bişirin. 



Pasterilizə edilməmiş süd və süd məhsulları

Pasterilizə
edilməmiş süd və süd məhsulları təhlükəli mikroorqanizmlər ehtiva edir.
Bu isə qida zəhərlənməsinə, ananın uşağı salması və ya körpənin ölü
doğulması ilə nəticələnər. 



Suşi

Çiy balıqda bakteriya və parazit ehtimalı olduğu üçün onu yemək çox risklidir. Hamiləlik dövründə əsla çiy balıq yeməyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!