Hamiləlikdə qəbizliyin müalicəsi: nə etmək olar?

Hamiləlikdə qəbizliyin müalicəsi: nə etmək olar?
Hamiləlik
10.09.2017 36
Həkimlər tez-tez təkrar edir ki,
qəbizliyin ən yaxşı müalicə üsulu onun qarşısını almaqdır. Bu xoşagəlməz
pozulma xəstəyə çoxlu narahatlıq verir, bədənin intoksikasiyasına
(zəhərlənmə) səbəb olur.

Xroniki qəbizlik bir çox ciddi bağırsaq xəstəliklərinin riskini artırır.

 

Hamiləlik zamanı qadınların əksər
hissəsində qəbizlik inkişaf edir. Böyümüş uşaqlıq bağırsaqları sıxır,
onların fəaliyyəti və boşalması çətinləşir. Həmçinin qadının
orqanizmində baş verən hormonal dəyişikliklər də bağırsaqların
fəaliyyətinə təsir edir.

Hamiləlik zamanı qəbizlik xüsusilə
təhlükəlidir. Bu səbəbdən hamilə qadında qəbizlik inkişaf edibsə,
mütləq həkimə müraciət etməlidir.

Kəskin qəbizliyin müalicəsi üçün
çoxlu sayda vasitələr mövcuddur. Lakin bu vasitələrin bəziləri hamiləlik
zamanı istifadə oluna bilməz.

- İmalə. Hamiləlik zamanı imalədən istifadə etmək olmaz. İmalənin istifadəsi doğuşun başlanmasına səbəb ola bilər.

- Bağırsaqlara qıcıqlandırıcı
təsir edən dərmanlar (bisakodil, sənna otu və s). Bu dərmanların
təsirindən bağırsaqların sinir hüceyrələri aktivləşir, bağırsaqların
tonusu artır. Lakin hamiləlik zamanı bu təhlükəlidir. Bağırsaqların
tonusunun artması uşaqlığın tonusunun artmasına səbəb ola bilər. Bu isə
hamiləliyin pozulmasının riskini artırır.

Bundan əlavə, bu dərmanların tərkibində olan maddələr dölə mənfi təsir edə bilər.

-
Laktuloza (düfalak). Tərkibində laktuloza olan preparatlar hamiləlik
zamanı istifadə oluna bilər. Bu preparatlar bağırsaqlarda nəcis
kütləsinin həcmini artırır, onu daha sulu edir, bağırsaqların
hərəkətliliyini artırır. Bütün bunlar isə bağırsaqların boşalmasını
asanlaşdırır.

Laktuloza əsasında preparatlar axşam yatmazdan əvvəl qəbul edilir. Dərman səhər təsir edir.

Lakin bir çox hallarda
laktulozanın qəbulu zamanı güclü meteorizm (köp), qarında ağrılar,
diskamfort inkişaf edir. Bəzi qadınlarda laktulozanın qəbulu ishala
gətirib çıxarda bilər.

-
Mikroimalə (melilaks və s.). Hamiləlik zamanı istifadə olunur.
Mikroimalənin təsirində nəcis kütləsi yumşalır və bağırsaqlar tez bir
zamanda boşalır. Laktulozadan fərqli olaraq, mikroimalə tez təsir edir
və onun təsiri yalnız bağırsağın az bir hissəsini əhatə edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!