Hamiləliyin hansı xoş anları var?

Hamiləliyin hansı xoş anları var?
Hamiləlik
10.09.2017 14
Haqqında sizə heç kimin söyləmədiyi bir «bonus» budur: hamilə qadının görkəmi çox zaman insanlarda xoş duyğular oyadır.  Super-marketin işçiləri özləri sizi maşina qədər ötürməyi təklif edirlər. Təsadüfən rast gəldiyiniz adamlar sizin üçün qapı açmağa tələsirlər. Sizə ictimai nəqliyyatda yer verirlər. Sizə gülümsəyirlər. Bir sözlə, sizi qayğılarla əhatə edirlər. Məgər bu gözəl dövr deyilmi?



Dırnaqların tez uzanması: bəzən dördüncü aydan başlayaraq bunlar tez uzanmağa başlayır. Buna görə hamiləlik dövründə artan hormonlara minnətdar olmalıyıq. Doğrudur, həm də buna acığımız tutur;  çünki bu zaman dırnaqlar yumşaq olur və tez qırılır, onların kənarlarında xırda şırımlar yaranır. Narahat olmayın - doğuşdan bir neçə ay sonra dırnaqlarınız, çox güman ki,  əvvəlki vəziyyətinə qayıdacaq.



Gur saçlar: ikinci trimestrdə saçlarınızın daha sağlam və gur göründüyünü hiss edəcəksiniz.  Əslində isə bu zaman sizin saçlarınız çoxalmır, sadəcə olaraq, hormonların təsiri altında onlar az tökülməyə başlayır.



Məşhur «hamilələrin işıq saçması» ifadəsi:  güman ki, ikinci trimestrdə dərinizin daha yaxşı göründüyünü hiss edəcəksiniz. Bu, qismən hormonların təsiri ilə izah edilir ki, ancaq qanın tədricən artması ilə onun dəriyə axını da artır ki, bu da parlaq görkəm yaradır.



Döşlərin böyüməsi: adətən, hamiləlik zamanı döşlər bir-iki ölçü böyüyür. Beləliklə, siz əla dekoltenizlə qürurlana bilərsiniz!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!