Niyə hamiləlik zamanı dərinin həssaslığı artır?

Niyə hamiləlik zamanı dərinin həssaslığı artır?
Hamiləlik
10.09.2017 12
Dərinin yüksək həssaslığı  hamiləlik zamanı adi haldır.  Bu, hormon səviyyəsinin artması, həmçinin dərinin tədricən dartılması ilə bağlıdır. Hamiləliyə qədər sizdə olan dəri xəstəlikləri (məsələn, ekzema) bu dövrdə daha da kəskinləşə bilər.  Bəzi kosmetik və ya yuyucu vasitələr  dərinin səpməsinə və ya qaşınmasına səbəb ola bilər.



Ətirləndirilməmiş losyon və sabunlardan istifadə etməyə çalışın, çünki ətirləndirilmiş vasitələr bəzən dərini qıcıqlandırır. Əgər siz hər gün ətirlərdən istifadə edirsinizsə,  dərinizin vəziyyəti yaxşılaşana kimi, bir müddət bunlardan imtina etməyə çalışın.



Həssas dərilər üçün nəzərdə tutulmuş, hamilə dərisinə xüsusi qulluq vasitələri almağa çalışın. Başqa bir variant: körpələr üçün istehsal edilən, yüngül, ətirləndirilməmiş vasitələrdən də istifadə etmək olar.



Əgər  vərdiş etdiyiniz kosmetika dərinizi darıxdırırsa, mineral kosmetikaya keçmək olar; onun tərkibində konservant yoxdur və o, dəridəki məsamələri doldurmur. Pulsuz olaraq «imici dəyişməyə» keçin və ya əvvəl  testerlər alın və bu vasitələrin sizin dərinizə uyğun gəldiyinə əmin olun.



Əgər uzun müddət günəş altında olursunuzsa,  siz günəş yandırmalarına artan meyilliliyi, günəş altında olarkən qıcıqlanma və qaşınma hiss edə bilərsiniz. Günəşdən yüksək müdafiə səviyyəsi olan (SPF 15 və ya daha artıq) qoruyucu kremlərdən istifadə edin və günəş altında uzun müddət qalmamağa çalışın.



Əgər sizin günəşdən adi qoruyucu kreminiz dərinizi qıcıqlandırırsa, onu tərkibində fiziki UF-filtr  olan kremlə  (məsələn,  titan-4 oksid və ya sink oksidi) əvəz edin.



Əgər siz paltar yuyarkən hələ qeyri-bioloji və ya ətirləndirilməmiş yuyucu vasitələrdən, su yumşaldıcılarından istifadə etmirsinizsə, dərhal bunlardan istifadə etməyə başlayın. Bu, həssas dərinin qıcıqlanmasının qarşısını ala bilər. Avtomat paltaryuyan maşından istifadə edərkən yuyucu vasitələrin qalıqlarını tam aparmaq üçün əlavə yaxalama tsiklini işə salmaq olar.

Əgər sizi dəri qaşınması narahat edirsə, təbii pambıqdan hazırlanmış paltarlar geyin; bunlar dərinizi sürtməyəcək və qıcıqlandırmayacaq.  Ola bilər ki, sərin vannanın, günəş yandırmalarına qarşı maye və ya ətirsiz nəmləndirici kremlərin qaşınmanı azaltdığını hiss edəcəksiniz.



Hamilələrdə dəri qaşınmasına tez-tez təsadüf edilir və adətən, nə sizin üçün, nə də uşağınız üçün heç bir təhlükəsi yoxdur. Buna baxmayaraq, bəzən bu,  daha ciddi xəstəliyin səbəbi ola bilər. Bu halda məsləhət üçün  həkimə müraciət etmək lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!