Hamiləlik dövründə saçlar və dırnaqlar

Hamiləlik dövründə saçlar və dırnaqlar
Hamiləlik
10.09.2017 21
Bir çox qadınlar hamiləlik zamanı saçların daha gur olduğunu müşahidə edirlər. Əslində isə bu dövrdə saç çox çıxmır, bunlar qalınlaşmır, sadəcə olaraq həmişəkindən daha az tökülür.

Adətən, saçların 85-95 %-i  artma fazasında, qalanı isə  sakitlik fazasında olur. Sakitlik fazasının sonunda bu saçlar təbii olaraq tökülür və yerinə yeniləri çıxmağa başlayır. Beləliklə,  orta hesabla qadın gündə 100 tük itirir.



Hamiləlik dövründə estrogen hormonunun yüksək səviyyəsi artım fazasını uzadır, nəticədə  tökülən saçların sayı azalır. Bəzi hamilə qadınlarda saçlar daha parlaq olur və ya strukturunu dəyişir. Məsələn, düz saçlar burula bilər.



Uşaq doğulduqdan sonra sizin buruq saçlarınız, çox güman ki, daha belə şux olmayacaq. Doğuşdan sonra  artım və sakitlik fazasının adi tsikli bərpa olur və saçların tökülməsi arta bilər. Əgər sizin saçlarınız  uzundursa, bu ehtimal daha çoxdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!