Saçlarım tökülür. Bu, normaldırmı?

Saçlarım tökülür.  Bu, normaldırmı?
Hamiləlik
10.09.2017 19
Hamiləlik zamanı saçların tökülməsi müəyyən qədər gözlənilməzdir, adətən, bunlar uşaq doğulduqdan bir qədər sonra tökülməyə (bəzən həddindən çox) başlayır.

Əgər hamiləlik zamanı saçlarınızı itirirsinizsə, həkimə müraciət edin. Bu, həmin problemin digər mümkün səbəblərini aradan qaldırmağa kömək edə bilər.



Saçların zədələnməsinin qarşısını almağa kömək edən bir neçə məsləhət veririk:

Saçlarınızı bir daha zədələməmək üçün onları çox tez-tez  daramayın.

Yumşaq saç şampunu və yaxalayıcı vasitələrdən istifadə edin.

Yaş saçları darayarkən dişləri sıx olmayan daraq və ya masaj fırçasından istifadə edin.

Saçlarınızı «at quyruğu» və ya topa şəklində mümkün qədər az yığın; belə saç yığımı onları dartır və zədələnmə ehtimallarını artırır.

Saçları rəngləmək və ya düzəltmək üçün kimyəvi vasitələrdən istifadə etməməyə çalışın. Bunlar saçların vəziyyətinə təsir edə, onları quru və ya daha çox kövrək edə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!