Hamiləlik zamanı üzümdə çivzələr əmələ gəlmişdir. Niyə?

Hamiləlik zamanı üzümdə çivzələr əmələ gəlmişdir. Niyə?
Hamiləlik
10.09.2017 11
Hamiləlik zamanı orqanizmdə hormonların səviyyəsi artır. Bunların təsiri altında dəridə olan xırda vəzlər (piy vəzləri) böyüyür və sürətlə dəri piyi adlanan piy sekretləri ifraz etməyə başlayır.

Artıq dəri piyi tük follikulları  ətrafında dərinin ölmüş hüceyrələri ilə qarışaraq məsamələri doldurur. Bu, bakteriyaların artması üçün ideal qidalandırıcı mühit yaradır.  Dəridə iltihab baş verir, üzərində balaca ağrılı nöqtələr və çivzələr yaranır. Çivzə səpkiləri gələcək anaların əksəriyyətində geniş yayılmış problemdir. İlk səpkilər, adətən, hamiləliyin birinci trimestrində yaranır. Çivzələr əvvəl əmələ gəlib, sonra öz-özündən yox ola bilər. Ancaq bütün hamiləlik boyu da qala bilər. Bir qayda olaraq, səpkilər üzdə olur, ancaq boyunda, sinədə və yanda da ola bilər.

Çivzələr, adətən, özünə qiyməti aşağı salır, buna görə də dərinizin vəziyyətini yaxşılaşdırmaq istəyiniz tam aydındır. Hərçənd hal-hazırda çivzələrin qarşısını almaq və ya onlardan tam yaxa qurtarmaq üçün  effektli  üsullar mövcud deyil. Hələlik aşağıdakı məsləhətlərdən yararlanmaq olar:

Gündə iki dəfə sabun və ya üz üçün köpüklə və ilıq su ilə yuyunun. Bundan çox yuyunmağa dəyməz, çünki bu, çivzələrin artmasına təkan verə bilər.



Üzünüzü fırça və ya süngərlə sürtməyin: bu, dərini qıcıqlandıra bilər. Bunun əvəzinə üzünüzü ehtiyatla təmiz əllərinizlə yuyun.



Yatmamışdan əvvəl üzünüzdən kosmetikanı tamamilə silin ki, dəri gecə «nəfəs alsın».



Üzünüzü silməyin, üzdə qalan nəmliyi dəsmalla hopdurun.



Əgər nəmləndirici vasitələrdən istifadə edirsinizsə, tərkibində yağlar olmamasına nəzarət edin.



Çivzələri sürtməyin və sıxmayın. Bu, problemi daha da dərinləşdirər və infeksiyaya dərinin daha dərin qatlarına keçməsinə imkan yaradar. Bundan başqa, bu həm də çapıqlar yarada bilər.



Əgər kosmetikadan istifadə edirsinizsə, müəyyən həddi aşmayın.  Su əsaslı (yağlı olmasın) kosmetik vasitələrdən istifadə edin. Diqqətli olun, bunların üzərində «komedogen deyil» («noncomedogenic») və ya «akne yaratmır» («nonacnegenic») sözləri yazılsın. Bunlar məsamələri doldurmur  və çivzə yaranmasına səbəb olmur.



Əgər fiziki yükdən sonra və ya hər hansı bir başqa səbəbdən  tərləmisinizsə, dərhal duş qəbul edin ki, çivzələr dəridə qalan tərdən iltihab etməsin.



Saçlar təmiz olmalı və üzə toxunmamalıdır.



İstənilən dərman gelləri və ya losyondan istifadə etməmişdən əvvəl həkimlə məsləhətləşin. Onların bəzi komponentləri hamiləlik zamanı təhlükəli ola bilər.  Tərkibində izotretinoin, tretinoin (məsələn, «Retin-A») və ya adapalen olan krem və gellərdən istifadə etməsəniz daha yaxşı olar.



Çivzə xəstəliklərinin müalicəsində daxilə qəbul etmək üçün təyin olunan preparatlar hamiləlik zamanı tövsiyə olunmur. Onların tərkibində olan izotretinoin, tetrasiklin, doksitsiklin və minotsiklin uşaqda anadangəlmə patologiyalar yarada bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!