Hamiləlikdə bunlar olur

Hamiləlikdə bunlar olur
Hamiləlik
10.09.2017 33
1. Səhər bulanmaları
Ana namizədlərinin 80%, yüksələn hormon dəyərlərinə görə, hamiləlik müddətinin bir hissəsində mütləq ürək bulanmaları yaşar. Yalnız bulanma yaşayacağınızı düşünərkən, günün hər hansı bir saatında hər hansı bir şey edərkən qusma istəyi ilə dolub daşa bilərsiniz. Bəzi qoxular, yeməklər bu vəziyyəti dəstəklər. Qusmaları ən az səviyyədə tutmaq üçün zəncəfilli şəkər, buz ya da limondan faydalana bilərsiniz. Əgər bunlar işə yaramazsa, istifadə etməniz lazım olan vitaminləri səhər yerinə axşamları tox qarına almağı yoxlaya bilərsiniz.

2. Ani qaz sancıları
Birdən gələn qaz sancıları sizi bir liftdə ya da iş yığıncağının ortasında belə tuta bilər. Çox təəssüf ki, qaz bədəndə ifraz olunan yüksək progesteron səviyyələri üzündən qaçınılmaz bir vəziyyətdir. Progesteron, mədə-bağırsaq əzələlərini rahatlaşdırar və həzmi yavaşladaraq qaz yığılmasına səbəb olar. Utanc verici vəziyyətləri bəslənmənizə diqqət yetirərək və tez-tez amma kiçik paylar qəbul edərək önləyə bilərsiniz.

3. Üsyankar hormonlar
Hamiləlikdə ifraz olunan hormonların, menstruasiya dövrlərindəki ruh halından daha kompleks ruh hallarına səbəb ola biləcəyini bilməlisiniz. Və bu hormonlar sizin yalnız normaldan daha əldən düşmüş, daha hirsli, daha narahat hiss etmənizə səbəb olmaz, çox xoşbəxt ikən bir neçə saniyə içində kədərli bir hal almanıza da səbəb ola bilərlər. Progesteron və östrojen yalnız hisslərin tarazlığını çaşdırmaqla qalmaz, qəribə aclıqlara da səbəb ola bilər. Hamiləliyin ilk və son dövründə ani aclıq böhranlarına hazır olmalısınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!