Hamiləlikdə saç baxımı...

Hamiləlikdə saç baxımı...
Hamiləlik
10.09.2017 11
Dünyanın ən gözəl analarına ən gözəl baxım sirrlərini hazırladıq… Hamiləlik dövründə quruyan, elektriklənən, qabaran və şəklə girməyən saçlar üçün üsullar

Elektriklənən saçlar
Saçlarınızdakı nəm azalıb çox quruduğundan elektriklənə bilər. Həm saçlarınızı yatırmaq həm də nəmləndirmək üçün bir neçə damla badam yağına ehtiyacınız var! Badam yağını ovucunuzun içinə alın və ovuştuşduraraq hər tərəfə bərabər sürtün. Əllərinizi saç uclarınıza xüsusilə sürtün. Anında saçınızın rənginin parladığını, elektriklənmənin aradan qaldırıldığını görəcəksiniz.

Qabaran saçlar
Hamiləlik və doğum sonrası müddətində saçlarınız qabarıb çətin şəkil ala bilər. Saçlarınız hər zamanki halına dönənə qədər saç kremi və nəmləndirici xüsusiyyətli şampun istifadə edə bilərsiniz. Saç kremini yalnız saç uclarına sürməyə diqqət yetirin.

Saç tökülməsi
Hamiləlikdə və əmizdirmə dövründə saç tökülməsi yaşaya bilərsiniz, təlaşlanmayın! Həkiminizdən vitamin və mineral dəstəyi
alın. Saçlarınız yenidən çıxacaq,gurlaşacaq.

Dalğalı saçlar
Təbii dalğalı saçlarınız hamiləlik əsnasında forma verə bilmirsinixsə gecə yatmadan əvvəl saçlarınızı 3 ya da 4 parçaya ayırıb hörün. Səhər oyandığınızda saçlarınızı açıb bir az köpük sürtərək saçlarınızı formaya salın.

Düz saçlar
Düz saçlarınız əvvəlki kimi hamar görünmürsə istiliyə qarşı qoruyucu saç baxım məhsulunu saçınıza tətbiq etdikdən sonra çox sıx olmamaq şərtiylə saç düzləşdirici alət istifadə edərək şəkil verə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!