Ovulyasiya gününüzü hesablayın

Ovulyasiya gününüzü hesablayın
Hamiləlik
10.09.2017 41
Ovulyasiya günü hamiləliyin baş tutması üçün ən münasib gün sayılır. Ovulyasiya zamanı bir və ya bir neçə yumurta hüceyrəsi yumurtalıqdan çıxaraq uşaqlıq borusuna düşür.
Əgər bu zaman burada spermatozoidlər olarsa, mayalanma baş verə bilər.
Yumurta hüceyrəsindən fərqli olaraq spermatozoidlər qadının cinsiyyət yollarında 3-5 (kişi cavan və sağlamdırsa, hətta 7 gün) mayalanma üçün hazır vəziyyətdə qala bilirlər. Beləliklə, ovulyasiyadan əvvəl 1-5 gün və ovulyasiya günü hamiləlik üçün ən münasib günlər sayılır.

Bu kalkulyator ovulyasiya günü və mayalanma üçün ən münasib günləri təyin etmək üçün nəzərdə tutulub.
Təbii ki, bu kalkulyatorun köməyi ilə aldığınız nəticələr nisbidir. Bəzi menstrual dövrlərdə ovulyasiya bir qədər tez, bəzilərində isə bir qədər gec baş verə bilər. Buna stress, xəstəlik, iqlimin dəyişilməsi və s. təsir edə bilər. Bəzi menstrual dövrlərdə hətta sağlam qadınlarda ovulyasiya baş verməyə bilər. Belə menstrual dövrləri "anovulyator" adlandırırlar.
Bundan əlavə ovulyasiyanın baş verməsi mayalanmaya və gələcəkdə hamiləliyin inkişafına 100% zəmanət vermir. Bəzi hallarda hətta sağlam qadınlarda mayalanmadan sonra uşaqlıq boşluğuna düşən embrion uşaqlığın divarına implantasiya etmir və burada məhv olaraq menstruasiya zamanı qanla orqanizmdən xaric olunur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!