Göründüyüm qədər gerçəy deyiləm!!!

Göründüyüm qədər gerçəy deyiləm!!!
Sevgi Dünyası
10.09.2017 12
Göründüyüm qədər gerçək deyiləm!!!



Bir ovuc torpağa bənzətdim qəmi

Götürdüm əlimə yandırdı məni

Ürəyim doludur kimə söyləyim

Göründüyüm qədər gerçək deyiləm!!!



Bəs niyə yaxşını ölüm aparır

Pislərin canına vəlvələ salır

Fikirlər ağlımı hara aparır

Göründüyüm qədər gerçək deyiləm!!!



Bir gün cavan ölüb əgər gedərsəm

Məzarı dərin qazın bidə dönməyəm

Şəklimin yerinə şeirimi yazın

Göründüyüm qədər gerçək deyiləm!!!



Çor deyən insana can dedim hər an

Qazandım həyatda özümə ad san

Bəxtəvər dedilər:Kimə oldu can

Göründüyüm qədər gerçək deyiləm!!!



Can atdı çoxları mənə yar ola

Gətirə bilmədi məni heç yola

Dedilər bəlkədə edir bu həya

Göründüyüm qədər gerçək deyiləm!!!



Suallar verməyin sualam özüm

Yazıram heç zaman bitməyir sözüm

Yollara dikilib hər zaman gözüm

Göründüyüm qədər gerçək deyiləm!!!



Sona yaxınlaşıram mən adım adım

Yalanı hər dəfə həqiqət sandım

Sevdiyim insandan murad almadım

Göründüyüm qədər gerçək deyiləm!!!



Yalanlar sarıbdır dörd bir yanımı

Ağrılar alıbdır mənim canımı

Bir soran olmadı mənim halımı

Göründüyüm qədər gerçək deyiləm!!!



Xəyalə bu qədər sən giley etmə

Gördüyün hər kəsə sirrini vermə

Daha heç kəsi gəl bir də sən sevmə

Göründüyüm qədər gerçək deyiləm!!!

 
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!