Bağışla sevgilim, bağişla məni

Bağışla sevgilim, bağişla məni
Sevgi Dünyası
10.09.2017 251
 
 
Bu gənclik çağında bağlandım sənə

Bilirəm yamanca vurğunsan mənə

O kövrək qəlbinə vursam bir yara

Bağışla sevgilim, bağışla məni



Sevirəm sözünü demədim hələ

Sevən qəlbimidə vermədim sənə

Sevirəm deyəndə dinmədim yenə

Bağışla sevgilim, bağışla məni



O sevən qəlbini almışam sənin

Geri qayıtmağın olacaq çətin

Baxçanda soldursam açan güllərin

Bağışla sevgilim, bağışla məni



Ürəyin döyünür hər görüşəndə

Gözlərin də dolur qəmgin üzündə

Səni həsrət qoysam gülən üzünə

Bağışla sevgilim, bağışla məni



Ürəyim anlayır hər zaman səni

Bilirəm gözlərin axtarır məni

Sənin ürəyində qoysam istəyi

Bağışla sevgilim, bağışla məni



Yaxın olsam da sənə, səndən uzağam

Əvvəl doğma idim, indi isə yadam

Səni dindirmirəm, dinməz bir dağam

Bağışla sevgilim, bağışla məni



Sənin sevginə sadiq qalmasam

Özgə birinə nişanlı olsam

Onun sevdasını könlümə alsam

BAĞIŞLA SEVGİLİM, BAGIŞLA MƏNİ

 
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!