Məndən başqa.

Məndən başqa.
Sevgi Dünyası
10.09.2017 26
 
 
Üzü bəri baxan,dağlar,
Nəyi qaldı,çəndən başqa?
Bir sevgi var ürəyimdə,
Bilən yoxdur məndən başqa.
Məhəbbətin yurd yerindən,
Bir həsrət var lap dərindən.
Bu sevginin əllərində,
Nə qaldı ki,qəmdən başqa?
Bir demişəm,yenə deyim,
El sözünü elə deyim.
Qoy dərdimi sənə deyim,
Nəyim var ki,səndən başqa?
Yana-yana söndü odum,
Dildən-dilə düşdü adım.
Yox,sən məni tanımadın,
Zilim də var,bəndən başqa.
Bir uğurlu çağ görmədim,
Dağım kimi dağ görmədim.
Qara gördüm,ağ görmədim,
Saçımdakı dəndən başqa.
 
 
 
Müəllif: Nüsrət Kəsəmənli.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!