Yalan.

Yalan.
Sevgi Dünyası
10.09.2017 4
 


Ömürdən bi günü oğurlamışıq,
Qaçıb bölüşürük bu xəlvət yerdə.
Payızad ayrılan köçəri quşuq,
Kim bilir bəlkə də görüşdük bir də...



Boşalır ürəyin,dolur gözlərin,
Gecikmiş zamanı lənətləyirsən.
Dolaşıb,dilində qalır sözlərin,
Özün də bilmirsən nə istəyirsən.



Örtür gözlərini yuxu xumarı,
Yuxun saçın kimi qarışıq düşər.
Fikirli keçirsən bu gün yolları,
Ünvanın adımla qarışıq düşər.



Dəli tək daş atdıq bu sakit gölə,
O daşı geriyə qaytarmaq olmur.
Bizim yalanımız yeriyir hələ,
Elə yeriyir ki,izi də qalmır.



Aça da bilmirik sirri heç kimə,
Elə gizli-gizli alışırıq biz.
Bəlkə də bir doğru sevgi eşqinə,
Min yalan uydurub danışırıq biz.
 
 
 
Müəllif: Nüsrət Kəsəmənli.
 [/b]скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!