Etiraf.

Etiraf.
Sevgi Dünyası
10.09.2017 9




Fikirli gəlirəm, dalqın gəlirəm,


Qayğılı gözlərin çəkir şəklimi.
Bə’zən gec gəlirəm, yorgun gəlirəm
Bitirsən qapıda bənövşə kimi...



Bəlkə min suçumu bilmisən mənim,
Birini üzümə vurmamısan heç.
Eyhamla üzümü gülmüsən mənim,
Bircə yol üzümə durmamısan heç.



Hər kəs taleyilə gəlir heyata,
Demirəm, ürəyi yumşaq olmusam.
Dəcəl uşaqlara mulayim ata,
Səninçün ən dəcəl uşaq olmusam.



Sənsən daglar kimi səbrle dözən
Bəlkə tərəddüdlə çox döyüşmüsən.
Isti bir sevgidən yazmısam bə’zən,
Soyumuş çayımı sən dəyişmisən...



Uzümdə kədərdən bir iz görəndə,
Şirinim olmusan, acım olmusan.
Qohumdan, tanışdan pis üz görəndə
Sən anam olmusan, bacım olmusan.



Bir kovrək se’rimdən gözlərin dolub,
Nə deyim, özgədən çox yazıb qələm.
Nə qədər düyünlü günümuz olub,
Düyünlu qaşını görməmişəm mən...



Bir əlin mətbəxdə qabda-qasiqda,
Bir gözun istidə, tüstude olub.
Bir əlin beşikdə oğul-uşaqda,
Bir gözün həmişə üstümdə olub.



Yollar carpaz-carpaz, yollar qarisiq...
Gecə yol gedirem qulağı səsdə.
Bizim pəncərədən süzülən işıq
Gözümün nurudur yolumun ustə.



Fikirli gəlirəm, dalgın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bə’zən gec gəlirəm, yorgun gəlirəm
Bitirsən qapıda bənövşə kimi.

Müəllif: Nüsrət Kəsəmənli.



 
 



 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!