Gördüm bu günü səninlə görüşün birinci günü

Gördüm bu günü səninlə görüşün birinci günü
Sevgi Dünyası
10.09.2017 9
Gördüm bu günü səninlə görüşün birinci günü
 
Nüsret Kəsəmənlidən...
 Bu dasonuncu gün. Sonuncu vida ,

Bu da ayrılığın sonuncu tini .

Quzum, hər görüşün son ucu vida ,

Görürdüm bu günü,

Səninlə görüşün birinci günü ...



Yolun uğurlu olsun deyirəm sənə ;

Qarşında ömür gün sınağı durur .

Nə deyim , bəlkə də yolunda yenə 

Mənim tək bir sevda qonağı durur .

Gedirsən ,



Bu günü saxla yadında 

Yaddaşın mən verən dərsi pozmasın .

Sən elə alış ki , sənin odunda 

Ötəri qonaqlar qoy qızınmasın .

Qarşımda nə çəpər, nə də ki barı ...

 

...Mənim də ömrümə beləcə gəldin .

Qəlbində bir çınqı od saxla barı

Bəlkə bir çırağı yandıra bildin .

Əyil !...

Məhəbbətin önündə əyil ,

 

Bəlkə bu dünyadan qopara səni .

Taleyin estafet ağacı deyil

Hərə bir mənzilə apara səni ...

Bir gün də sərbəstlik taxtı devrilib ,

Ömrünə gəlinlik illəri gələr .



Dünənin bir namərd dosta çevrilib 

Sabah kəndirini doğraya bilər .

Bu da sonuncu gün, sonuncu vida,

Bu da ayrılığın sonuncu tini .

Quzum, hər görüşün son ucu vida,

Görürdüm bu günü,

Səninlə görüşün birinci günü .

 
Redakte etdi: PRETTY GİRL
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!