Bu şəhərdəki yalnızlığım

Bu şəhərdəki yalnızlığım
Sevgi Dünyası
10.09.2017 19
 Bu şəhərdəki yalnızlığım
İslaq küçələr mövsümündəyik artıqBu izdiham dolu şəhərə kədər yağar bu zamanlardaTəklik yağar küçələrəDarmadağın saçlar,islanmış üzlər həmişə yerlərdə qalar.Unudulan sevgilər xatırlanar,ya da sevgilər unudulmağa çalışılar.Hər addımın təkliyə uzanar.Yenə də sürətli addımlar atılar,qaçılar bu küçələrdəHər kəs öz mahnısını oxuyar üzünü büzdürərək.Hər kəs öz hekayəsini ən kədərli sanar.Özü böyük bir yalan ikən gerçəyi axtarar bu şəhər...Küçələri kimi evləri də acı ilə doludur.Gözyaşları axar pəncərələrindən.Gecələr gerçəklərini saxlayarda hər gün başqa bir maska taxar insanları.Həyatları vardır,anladıqları,tək qaldıqları zaman yaşadıqları...Sevgiləri bir damla göz yaşında boğular bu şəhərin.Onun üçün gecələri yeni həyatlar yazılar kimsənin bilmədiyi zamanlara...Onun üçün heç kim kədərlənməz gedənlərə və ağrıyar geridə qalanlara...Hamı öz mahnısı oxuyar bu şəhərə,yalnız öz acılarına bağlanarHər kəsin teatrıdır...Bu şəhər hər kəsin ən yalan səhnəsidir.Və ona görə tapılmağı gözləyər bu şəhərin dənizlərində incilərin ən saxtasıYenə də yalan olduğunu bilə-bilə eyni oyunu oynayar bu şəhərin insanları...Hər kəs öz hekayəsini ən kədərli sansa da hər gecəni qara rəngləyər gündüz yalanları....
 
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!