SAKİTLİK İSTƏYİRƏM...

SAKİTLİK İSTƏYİRƏM...
Sevgi Dünyası
10.09.2017 18
 
Sakitlik istəyirəm. Sadəcə sakitlik olsun.
[justify][/justify]
Oturub düşünüm, nəyin doğru nəyin yalnış olduğunu ayırd edim. İnsanlar olsun ətrafımda, danışsınlar amma səsləri gəlməsin. Dəniz olsun oturum sahilində...Məni sakitləşdirən dalğalarin sahilə çıpınışını seyr edim. Səmada uçuşan quşları seyr edim. Küləyin qulağımda vızıldayan səsini. Zaman kecdikcə özlüyümdə baş verən dəyişikləri dərk etməyə başlayıram. Görürəm ki artıq son zamanlar dinləyən olmuşam. İnsanlar dərdlərini danışır. Mən isə sadəcə amma sadəcə dinləyirəm. Maraqlısı odur ki, bu insanlar məndən nə üçün susduğumu soruşmurlar. Bəlkə onlar da bunu fərqindədirlər...? Məncə dinləmək daha yaxşıdır. İnsanlar danışsın sən dinlə. Nə sən əmin olmadığın bir söz de, nə də onun xoşuna gəlməyən bir söz olsun o dediyin. Məncə bu elə ən yaxşısıdır...Sakitlik olsun. Sadəcə sakitlik...Oturub gözümü bir döqtəyə dikdiyimdə deyən olmasin ki nə fikirləşirsən...? Bunu adi qarşılasınlar, insanıq...Düşünə, qərarlar verə bilərik...Heç olmassa buna qarışan olmasın..Bu da mənim həyatım olsun...Sadəcə bunu istəyirəm...Həyatdan çox şeymi istəyirəm...? Hərdən istədiyim şeyin həyata keçməsini gözləməkdənsə, oturub ikinci bir yol axtarıram...Ona görə də mənim həyatımda həmişə ikinci bir yol, ikinci bir şans vardır...Hərdən isə istəyirəm özüm danışım məni dinləsinlər. Susaraq eyniylə məni kimi...Cavab vermədən. Sual vermədən...
 



Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!