YAŞAYINCA ANLADIM....

YAŞAYINCA ANLADIM....
Sevgi Dünyası
10.09.2017 14
 
Yaşayınca Anladım 
Bu qədər zaman mənə izah etməyə çalışdığını, özümü tapdığımda anladım.

Hər kəsin xoşbəxt olmaq üçün başqa bir yolu varmış,

Öz yolumu çəkdiyimdə anladım..

Bir tək yaşanaraq öyrənilərmiş həyat, oxuyaraq, dinləyərək deyil..

Bildiklərini mənə niyə izah etmədiyini, anladım..

Ürəyində eşq olmadan keçən hər gün itkinmiş,

Eşq arxasinca niyə yalınayaq qaçdığını anladım..

Acı son həddə çatdığında gözyaşı gəlməzmiş gözlərdən,

Niyə heç ağlamadığını anladım..

Ağlayanı güldürə bilmək, ağlayanla ağlamaqdan daha qiymətliymiş,

Gözyaşımı qəhqəhəyə çevirdiyində anladım..

Bir insanı hər hansı biri qıra bilər, amma bir tək ən çox sevdiyi, ağrıda bilərmiş,

Çox ağrıtdığında anladım..

Lakin, haqq edərmiş sevilən onun üçün tökülən hər damla gözyaşını,

Gözyaşlarıyla birlikdə sevinclər tərk etdiyində anladım..

Yalan danışmamaq deyil, gerçəyi gizləməməkmiş bacarıq,

Ürəyini əlimə qoyduğunda anladım..

''Sənə ehtiyacım var, gəl ! '' deyə bilməkmiş güclü olmaq,

Sənə ''get'' dediyimdə anladım..

Biri sənə ''get'' dediyində, ''qalmaq istəyirəm'' deyə bilməkmiş sevmək,

Get dediklərində getdiyimdə anladım..

Sənə sevgim ərköyün bir uşaqmış, hər düşdüyündə zırıl zırıl ağlayan,

Böyüyüb məni bərk qucaqladığında anladım..

Üzr istəmək deyil, ''bağışla məni'' deyə qışqırmaq istəməkmiş peşman

olmaq, Həqiqətən peşman olduğumda anladım..

Və qürur, itirənlərin, acizlərin maskasıymış,

Sevgi dolu ürəklərin qüruru olmazmış,

Ürəyimdə sevgi tapdığımda anladım..

Ölərcəsinə istəyən, gözləməz, yalnız ümid edərmiş bir gün bağışlanılmağı,

Məni əhv faktoru ölərcəsinə istədiyimdə anladım..

Sevgi əməkmiş,

Əmək isə imtina etməyəcək qədər, amma azad buraxacaq qədər sevməkmiş
 
 
Redakte etdi: PRETTY GİRL
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!