Həyatımın dörd fəsli...

Həyatımın dörd fəsli...
Sevgi Dünyası
10.09.2017 30
 

Sən həyatımın sevgisi oldun, həyəcanı oldun, nifrəti oldun, ayrılığı oldun...
Sən Həyatımın 4 Fəsli Oldun... 
Həyatımın Sevgisi Oldun: Mən heç vaxt sevmərəm dediyim anda, sevgiyə inanmadığım halda, sevgini anlamadığım halda...
Həyatıma bir anda daxil oldun, sevgisiz qəlbimə sevgi qatdın. Sənin sevgin mənə bəs edirdi, həqiqətən bəs edirdi. Bilmirəm, bəlkə də hərkəsə öz sevgisi ən böyük sevgi kimi gəlir, amma mənə sənin sevgin həqiqətən ən böyük, ən mərd, ən gözəl sevgi kimi gəlirdi...
İzah etməsi çətindi mənim üçün, sənin sevgin sanki ruhuma bir sakitlik, bir hüzur gətirirdi... 
Həyatımın həyəcanı oldun: Bu həyəcan sənin hər dəqiqə zəngini gözləyərək, mesajlarını gözləyərək, görüşəcəyimiz günü gözləyərək yaranan həyəcan idi məndə. Sənin əlini ilk dəfə tutduğumda çox həyəcanlanmışdım, əlim bir ələ deyil, bir sevgiyə, bir ömürə, bir həyata dəydi sanki... Səni bilmirəm, amam mənim üçün o gün bütün günlərə dəyərdi... 
Həyatımın nifrəti oldun: Bu nifrət bütün nifrətlərdən fərqli idi, bu sevgi nifrəti idi. Bu nifrət sənin mənim olmadığın üçün mənim həyata olan nifrətim idi. Bu nifrət sənin əlini vurduğun bir əşyaya belə qısqandığımın nifrəti idi...
Sevən insanın nifrəti nə qədər çəkər səncə...? 
Həyatımın ayrılığı oldun: Bu o ayrılıqdır ki heç vaxt qəbul edə bilməyəcəm... Bu ,o ayrılıqdıki məni həyata küsdürdü, bu o ayrılıqdıki xəyallarımı puç elədi, bu o ayrılıqdıki səni, sevdiyimi bir daha göstərməyəcək mənə...
Bu ayrılığa düşmənəm mən artıq, bu ayrılığa qarşı kinim ömür boyu olacaq, bu ayrılıqdan intiqam almaq istəyəcəm bir ömür... Bu ayrılığa qarşı mübarizə aparacam...
Sən Həyatımın 4 Fəsli Oldun...
 
 
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!