Heç nə bilmirəm, heç nə hiss etmirəm .Səni sevirəm

Heç nə bilmirəm, heç nə hiss etmirəm .Səni sevirəm
Sevgi Dünyası
10.09.2017 10
Sənin məndə başladığın kimi başlayıram yazmağa…
Kiçik qum dənəsi idin əvvəllər ürəyimdə haradan bilərdim ki
səni bu qədər sevə biləcəyimi. Nəsən sən qəlbimdə
gizlənən? Bərk bərk qışqıran, olmadıqca olmağa çalışan?

Nə etdin mənə anlamıram.
Necə oldu bu qədər böyüyə bildin içimdə ?
Nə qədər fərqli olduğunu gözlərinin içinə baxaraq izah edə bilərəm yalnız sənə.


O an gəlsəydi, söyləyə bilsəydim bunları sənə.
Sənin hər şeyini bu qədər saf təbii və təmiz qəbul
edə bilirəm, heyrətlənirəm inan və özümü tanıya bilmirəm.

Səni buna görə böyük bir xoşbəxtliklə günahlandırıram.
Çox gözəl hissdi səni sevməyin ağrısını dadmaq
və səninçün yoxluğunda darıxıb yaşaya bilməmək...
Məktublardan xəbərsiz sevimliimsən sən mənim ilk ürəyimi coşduransan..
Amma haradasan, indi gözlərim səni görür,
amma ürəyini ürəyim nə vaxt görəcək bilmirəm.

Toxundum bu yaxınlarda sənə, hiss etdin?
Amma içimi yandırdı bu toxunuş, qəlbim alovlandı ilk dəfə.
İçimə axan gözyaşlarımı dindirmişdi o toxunuş,
yenidən alovlandı, o köz olmağa yaxın olan atəş oldu.
Heç nə bilmirəm, heç nə hiss etmirəm Səni sevirəm...!



Redakte etdi:  PRETTY GIRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!