NƏSİHƏT

NƏSİHƏT
Sevgi Dünyası
10.09.2017 18


NƏSİHƏT



Sevgi-vergidir, hamıya qismət olmur.

Vəfalı yar çox azdır, asan bulunmur.

Tapdınsa əgər, sən onu möhkəm qoru!

Qədrini bil! Sevən qəlb çox kövrək olur

Hər sözdən inciyər, bunu bil, heç unutma!

Mehriban ol, sən öz ilqarını unutma.

İnanma hər yoldan ötənə, ayıq ol!

Qəlbində sən hər kəsi müqəddəs tutma!

Hamıya müqəddəs Allahdır, bunu bil!

Din-iman birsə, yar da bir olsun bil.

Sev sənə layiq olanı, sən heç çaşma!

Ruhən duysan onu, yarındır, bunu bil!

Qorxma sevgindən, utanma duyğundan sən,

Etiraf et, bildir özün sevgini sən.

Sevgi-mübarizədir, qazan ürəyi,

Qazanmazsan bil geri çəkilməyi sən.

Əzab çəksən də ona xoşbəxtlik dilə.

Yanında gül, əzabını gətirmə dilə.

Xoşbəxt etsin ailəsini rahat qəlblə,

Axsa da hey qəlbindən yaş gilə-gilə.

Etdiklərin dönər sənə, sən əmin ol!

Vicdanlı ol, qayğıkeş ol, sən əmin ol!

Yaxşılıq itsə də dünyada sən inan,

Axirətdə hesablanar, sən əmin ol!

Kimi dünyada yaşar öz sevgisini.

Kimi yuxuda görər bu xoşbəxtliyi,

Kimi yelə verər öz gəncliyini,

Kimiyə qalar axirət xoşbəxtliyi.






 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!