Ayrıdır əzəldən bu qismətimiz...

Ayrıdır əzəldən bu qismətimiz...
Sevgi Dünyası
10.09.2017 17
 
 
Sən nazlı baharsan, mən xəzan cağı,
Arada çovgunlu günlərimiz var.
Sən uca zirvəsən – məhəbbət dağı,
Sənə yetişməyə illərimiz var.

Sən bir savabsan, mən bir qəbahət,
Ayrıyıq ayrılan yollar kimi biz...
Bir anlıq yuxuyam, sənsə səadət,
Uzaqdır qismətdən sevən qəlbimiz.

Sən bir sabahsan, çöhrəsində nur,
Mən bir gecə
Məni bir Günəşin həsrəti yorur,
Sən sahildə qalan həsrətli bir iz,
Mən dəli ürəkli dalğalı dəniz.
Biz ayrı, sən ayrı, sevgi də ayrı,
Ayrıdır əzəldən bu qismətimiz...!
 
Redakte etdi: PRETTY GIRL
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!