Həyatıma Geri Dön Mələyim...

Həyatıma Geri Dön Mələyim...
Sevgi Dünyası
10.09.2017 8
 Elə qəribə oldu ki içim səni görməməzlikdən gələrkən. ..

Bir günahkar kimi başmı önümə əyib yanından keçdim. ..

Səni görməməzlikdən gəlmək istədim. ..

Saymamazlığını bir dəfə daha yaşamamaq üçün...

Yalnız 5 dəqiqə qədər çöldə qalıb təmiz havanı içimə çəkdikdən

sonra təkrar səninlə qarşılaşmaq təsadüfmüydü bilmirəm...

Sevərək ayrılan iki sevgili kimi...

Yanından keçərkən sanki ətrafda kimsə yox yalnız sənin səsin vardı...

Məni görməməzlikdən gələn ruhun başqalarıyla söhbət edərkən mən o

darıxdığım səsini dinləyərək ağır addımlarla keçdim yanından. ..Heç keçmək istəməyərək...

Ahh bu inad ahh...

Nə qədər sevgiləri məhv edən bu qürur...

Yerli yersiz çıxıb gələn...

Heç olmaz dediyin anda ayrılıq zənglərini çalan bir anlıq əhəmiyyətli hesab etməməzlik

illərin sevgisini,güvənini necədə yox edir...

Və biz insanlar necə də dözə bilirik buna...

Sevərək ayrılmaq !

Yaşanması nə çətin vəziyyətdir...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!