Sevgilər vardır, qışda filizlənən bir çiçək kimi.

Sevgilər vardır, qışda filizlənən bir çiçək kimi.
Sevgi Dünyası
10.09.2017 34
Sevgilər vardır, qışda filizlənən bir çiçək kimi.
Sevgilər vardır: yeni doğulmuş bir uşaq kimi. O qədər təmiz və o qədər günahsız, hələ adı belə qoyulmamış.♥♥♥ Sevgilər vardır, qışda filizlənən bir çiçək kimi. O qədər zərif, o qədər həssas və qara dirənəcək qədər də cəsur.♥♥♥ Sevgilər vardır: yalnız yaşanılan bir o qədər də yaşadılan. Izah edilmək istənildiyində həmişə nöqsan qalan.♥♥♥ Sevgilər vardır: heç nöqtə qoyulmayan və də nöqtə qoyulmasını istəmədiyimiz Bu dünyadan sonra da yaşanmağı gözləyən.♥♥♥ Sevgilər vardır: həmişə bənzərsiz olan, əl üstündə tutulan, öz sevgisindən belə qısqanılan.♥♥♥ Sevgilər vardır: heç söylənməyən bir sirr kimi, həll edilməyi gözləyən bir düyüm kimi ürəklərdə saxlanılan.♥♥♥ Sevgidir əslində ürəklərdə ümid tumurcuqlarını yetiştirən.Sabaha daha möhkəm bağlanma hissi verən.♥♥♥ Sevilən uğrunda dəfələrlə yox olmaqdır Sevgi! Dəfələrlə sevilən xoşbəxt olsun deyə.♥♥♥ Sevgi sinə gərməkdir bütün çətinliklərə. Atılan hər yalan ox qarşısında yıxılmadığını göstərən bir dirənişdir.♥♥♥ Hər fürsətdə var olan sevgini sübut etmək səyidir.♥♥♥ Sevgi yalan danışmaqdır çox zaman: sevilənin söylədiyi yalanlar qarşısında yalanlarıyla heç vaxt yıxılmadığını, heç inicmədiyini söyləməkdir.♥♥♥ Edilən bütün insafsızlıqlara baxmayaraq sevgisinin heç azalmadığını söyləmək, ürəyindəki bütün inciklikləri gizlətməkdir Sevgi ...♥♥♥ Səhvlərin fərq edilib kabus kimi gecələrinə sığındığı anlarda acı çəkməkdir əslində Sevgi.♥♥♥ Bir heyfslenməkdır Sevgi. Gecikmiş bir peşmanlıqdır. Bəzən də gecikmiş bir etirafdır bunların yanında ...♥♥♥ Məkanların gözlərdə böyüdüyü anlarda, saatların tiktaklarının son ritimlərində: ürəklərdə hiss edilən acı bir həsrətdir Sevgi, peşmanlıqların ardı-arası kəsilməyən...♥♥♥ Sevgi: qazanılması çox zaman tələb edən, sarsıldığında təkrar qazanılmayan bir güvəndir...♥♥♥ Sevgi sevdiyini söyləməkdir hər şeyə rəğmən. Yaradanın bağışlaması üçün Yaradılan üçün bağışlanmadır sevgi...♥♥♥ İnsanın öz ürəyi ilə müqaviləsidir Sevgi. Bütün mənfiliklərə qarşı çəkilən bir güvən səddidir...!♥♥♥
 
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!