Anlaya bilsəydim..?!

Anlaya bilsəydim..?!
Sevgi Dünyası
10.09.2017 29
Səni sevdiym üçün günahkar mənəmmi, yoxsa sənə olan sevgimmi?
Sevgimi günahkar, ya yanlış sevilən mi?
Anlaya bilsəydim...?!
Hər gecə sənsiz, sənə həsrət səsinə, üzünə həsrət sevginlə yandım, tutuşdum... Göz yaşımla söndürdüm qəlbimim yanğısını, gözümdən axan hər damcı sənə həsrət axdı qəlbimə...
Göz yaşımmı günahkar, ya gözlərimmi?
Anlaya bilsəydim..?!
Hər gün, hər dəqiqə sənin üçün darıxıram. Sənin yanında olarkən belə. Əlin əlimdə, gözün gözümdə olarkən belə...
Gözlərinə baxarkən hər zaman susdum, sanki danışsam, nəsə desəm sən yox olacaqsanmış kimi, qorxurdum danışmağa. Səni özümdən bezdirməkdən qorxurdum sanki..
Amma, amma içimdə öz özümə üsyan edirdim çarəsizliyimə.. Sənə nələr nələr söyləyəcəydim, sənə nələri danışacaydım düşünürdüm yanına gələnə qədər...
Çarəsizliyimmi günahkar, ya həsrətinmi?
Anlaya bilsəydim..?!
Vaxt dayansın istəyirdim sənin yanında. Saat dursun, zaman axmasın..
Ayrılıq saatı gəldimi... O zaman məhv olurdum, dünya başıma fırlanırdı sanki...
Ən pisidə... Ən pisidə məni qoyub getməyindi...
O an içimdə elə bir tufan qopurki...
Elə bir dəhşətli qasırğa olurki, anlatmaq mümkün deyil...
O an içimdə elə bir yanlızlıq olur ki...
O an elə bir çarəsizlik bürüyürki məni...
O an gözümdə böyüyür bütün problemlər..
Zamanmı günahkar, ya ayrılıqmı?
Anlaya bilsəydim..?!
Amma...
Nə olardı ki, sevgilim, mənə səadətlərin ən gözəlini öz əlinlə versəydin. Sevgimi qiymətləndirsəydin. Mənim üçün necə dəyərli olduğunu bilsəydin... Və... Bilirsən ki, sevgilim əsla getməzdim, əsla səni mənsiz qoymazdım...
Mənimsən sevgilim QAL deyə bilsəydin.
Sevginmi günahkar, ya cəsarətsizliyinmi?
Sənmi günahkarsan, ya mənmi sevgilim?
Anlaya bilsəydim..?!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!