Əlvida Deyərkən

Əlvida Deyərkən
Sevgi Dünyası
10.09.2017 32


Ağrını gördüm gözlərində,
çarəsizliyi
dönüşü olmayan gedişləri sevmədim
sevə bilməmdə...
Çarəsiz boyun əymək vardı ya !.
dözmək...
Gözlərimdə tuta bilməyi bacardığım
bir iki damla yaş 
necədə axmadı sən gedənə qədər..
Qalxmadı qollarım gedişinə
əlvida deyə bilmədim,
əllərim açılmadıki vidalaşsın
sərt bağlanmış ümidə,
bıçaqlı qalmış bədənim ;
gedişinlə buraxdığın o yerdə..
Sən haradan belə bilərsən
qapı ardında çarəsiz,
tökülən gözyaşlarını.
İç çəkdirən, ürək burxan
hıçqırıqları...
Bu dəfə məndə  bitdi ümidlər,
artıq dönməyəcəksən bilirəm
bu gedişin sonsuza,
ümidlərin tükəndiyi çarəsizliyə...
Getmə deyə bilmərəm sənə,
get təbii.!
bir ümid bəlkə dönərsən deyə
səni gözləyəcəyəm hələ
gedişinlə buraxdığın o yerdə
gözləyəcəyəm sonsuza qədər..! 
Bu dəfə qorxu var gözlərimdə
ağrılar bürmələndi gözyaşlarıma,
hüznlər doluştu içimə 
Gözbəbəklərimdən yığdım sözləri,
bir ümid töküldü kağıza..
Gözləyirəm hələ
dönəcəksənmi..
Yoxsa çarəsizliyin yollarına
tükənmişliyimi sərəcəksən..
tez ol toxun..! cansız bədənimə
nə qaldı ki səndən sonra,
barmağın dəydiyi anda;
küllərimi tökəcəksən..!.. 
 
Tərcümə etdi: PRETTY GİRL

Redakte etdi: PRETTY GİRL
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!