Sənə Və Yalnızlığıma Dair

Sənə Və Yalnızlığıma Dair
Sevgi Dünyası
10.09.2017 31
Sənə Və Yalnızlığıma Dair
 
Səssiz bir mərhaba ismarladım sənə içimdə bu gün, köhnə günlərin xatirinə.
Gündüz niyyətinə öpdüm boyunu .
Kimsəsiz uşaqların, 
məğrur duruşu kimi qaldın məndə
Kirəmitlə yazmışdım halbuki ürəyimə adını.. 
Sən məhrum deyə tünd tünd belə oynamırdım taa nə zamandır..
Ürəyim çıtır pıtır kimi üsyanları yaşayarkən, sən sonsuz gizlənpaç arxasında idin.. 
Yenə aciz olan məndim bu həkimçilikdə deyilmi? İztoplar kimi rəngli ola bilmədi sevdamız.. Qol vuran ilk dəfə qalaya keçmirdi bəlkə də..
Sapanla elə bir vurdun ki ürəyimdən,
içimdəki uşaq belə ağladı mənə... nə xoşbəxt deyilmi.. 
Ki mənim gözəl ümidlərim olacaqdı, sənə dair...
Bir sən olacaqdın ki həyatımda, kimsəsizliklərim belə 
isti bir ev tapmış kimi sevinəcəkdi.. Mənasızlıqlarım həll tapacaqdı...
Önümə baxa bilməz oldum sayəndə,
ya da kimsəyə.
Bağlanmışam, bağlamışam üzümü, hüznə, sevdaya...
Namərdliyin belə moda olduğu yerdə, necə bir başqa yarı tapılar, unutmuşam...
Saxta üzlərin qəribə qoxuları mənim bədənim ola bilməzdi əsla...
Hardasan  indi, 
o qədər zamanın üstünə, kimləsən ?
Sarıldığın ya da üzünə baxdığın adam, gözlərini doldururmu yenə ?
Soyuq deyə sarıldığında,
canı kimi qucaqlaya bilirmi səni? "Üşüdüm eşqim" dediyində,
sənin üçün xəstə olmağı gözə aldımı? 
Axşamları günəşin batışını birlikdə izləyirsənmi yenə, yerimə...
Elə boşam ki olmadığında, ən qanayanından, ən acizindən...
Gəlmə deməyə belə gücüm yox artıq, yalnız məndə qalanlarsan bundan sonra..
Mən səndəkiləri soruşmuram belə,
bilirəm onlar etibardadır
başqa qollarda,
mənsiz yollarda,
adım olmayan həyatlarda...
Artıq yoxuq..
Nə qədər uzaq idi bu söz deyilmi bizə?
Məğlub olmağa dözə bilməyən bir ürək 
və məndə qalan acı.. Ümid edirəm hər şeyə baxmayaraq xoşbəxt olarsan...
Rəftarı aşmış da olsa hisslərimin, meydana gəlmə mübaliğə, yaşayışımsa etinadır...
Dedim ya;
indi, o köhnə günlərin xatirinə, məni gözləyən qəhərlər yığıram..
Sənə və olmayışlarımıza, 
bir böyük öpüş buraxıram.. Dodaqlarının deyil,
hisslərinin belə dəyə bilməyəcəyi qədər yüksəklərə... Bəlkə gerçəkdə deyil amma 
yuxunda görməyin ümidiylə.
"Sənə və olmayışlarımıza.."
 
Tərcümə etdi: PRETTY GİRL
Redakte etdi: PRETTY GİRL
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!