Məsafələr eşqə nələr edər?

Məsafələr eşqə nələr edər?
Sevgi Dünyası
10.09.2017 33
Məsafələr eşqə nələr edər?
 
Uzaqlıq… toxuna bilməmək demək. Sarıla bilməmək, iyləyə bilməmək. Onun həqiqətən var olduğunu gözlərinlə görə bilməmək, zamanla olmadığına inandırır sanki beyin. Özünü hiss etdirmədiyində… uçub gedir kimi.
Uzun məsafə əlaqələrini oldum ola biləcək qeyri-mümkün görmüşəm. Yan-yanalıq olmadığında necə davam edər sevgililik halı…?
Əllərindən tutmadan, saçlarını iyləmədən, nəfəs istiliyini hiss etmədən sevmək, nə qədər gerçək…?
Yaşanmışlıqlar artdıqca bərkiyən əlaqələrdən əskik bir tərəfi olur uzaq məsafə əlaqələrinin. Müəyyən zamanlarda bir yerə gəlib, sarılıb qoxlaşmaq çatmağa bilir hər vaxt…. heç bir zaman…!
Araya məsafələrin girdiyi, girmək məcburiyyətində olduğu birliklərdə ən çox yaşanan problemlərdən biri ayrı keçirilən zamanın necə qiymətləndirildiyi sanaram. Başqa yerlərdə, tam fərqli insanlar ilə yaşananlar zamanla qısqanclığa doğru gedən narahatlıqları özü ilə gətirir. Görə bilməmək, yanında ola bilməmək can sıxır, bu ruh halı sevgiliyə əks etdirilir… və əslində çoxda sevdiyimiz insanın ürəyini qırırıq…!
Hər nə qədər sonuna qədər faydalansaq belə texnologiyadan, səsi belə daha bir mexaniki gəlir insanın qarşısındakına. Onun ətiri bizim bədənimizdə fərqli dayanar, sürüb qolumuza səhərə qədər iyləsək kifayətlənə bilmərik. Uzaqda olduğunda sevdiyimiz, təklik saral bütün divarlarımızı. Nə sevinc sevinc olar, nə hüzn yerini tapar. Söykənib çiyininə iki sətir izah etmək istəyərsiniz… olmaz… Yan-yana gəlindiyində çatmaz zaman, saatlar an olar… Əvvəldən edilmiş planlar sona çatar. Yalnız dayanıb gözlərinə baxmaq istəyərsiniz.
"O eləcə dayansın orada, yalnız gözlərəmin içinə baxsın, və mən içimə çəkim qoxusunu…!
Getdiyində məndə qalan, bir dahaki səfəri iyləyə bilməmi təmin edəcək…!"
Uzaqlardakı sevgililər qopuq həyatlar yaşayarlar, fərqli şeyləri görər, fərqli şeyləri dadarlar. Alışmışlar bir dəfə bir-biri olmadan keçirilən zamanlara. Öz başlarına gəzməyə, tək yemək yeməyə bəlkə, yatmağa tək başlarına o soyuq yataqda. Bir-birlərisiz meydana gətirdikləri vərdişləri, yoldaşlıqları, getdikləri mühitlər ovudar, əyləndirər onları…
Zamanlar içində;
Ya bir-birləri olmadan da yapışa bildiklərini fərq edərlər həyata…
Ya daha da birləşər… və həsrətli günlərin açan çiçəklərini iyləyərlər… tac edərlər uşaqlarına….!
 
 
Tərcümə etdi: PRETTY GİRL
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!