Sevgidə lazım olan qızıl qaydalar

Sevgidə lazım olan qızıl qaydalar
Sevgi Dünyası
10.09.2017 11
Müvəffəqiyyətli bir əlaqənin təməl elementləri

Bunlar bir binanın təməli kimi görünə bilər. Oxumağa başladığınızda, sizə bu təməl qaydaların gündəlik həyatda sıxlıqla qırıldığını söyləyə bilərəm. Unutmayın sadə şeylər hər vaxt asan olduqları mənasını verməz.

Hörmət: Hörmət hərbir əlaqənin başlanğıc formasıdır. Burada unudulan bir detal vardır bəzən hörmət, digər insanın duyğularını da əhatə edər, sizin üçün bir mənası olmasa da. Bunu bir dahaki səfərə sevgilinizin sizin axmaq tapdığınız bir mövzuda həddindən artıq reaksiya verdiyində xatırlamağa çalışın.

Güvən: Çox, çox əhəmiyyətli. Güvən, güvən yaradar amma birinin ilk kartı masaya qoyması şərt. Səmimiyyət böyüdükcə güvən də böyüyər. Əgər bir əlaqədəki ən əhəmiyyətli, qiymətli və qorunması lazım olan şey nə deyə düşünürsünüzsə; şübhəsiz güvən olduğunu söyləyə bilərik. Və bir dəfə itirildiyində, kompensasiya edilməsi çox çətindir.

Səmimi əlaqə ünsiyyətinin xarakteristikaları

Əlaqə ünsiyyəti hörmət və güvən üzərinə quruludur, ancaq gerçək səmimiyyət üçün bəzi əlavələrədə də gərək var.

Açıqlıq: Bu gizli bir gündəmə sahib olmaqdansa, düşündüyünüzü söyləməniz mənasını verər. Açıqlıq xəyallarınız və qorxularınız kimi böyük; fikirləriniz və məmnunsuzluqlarınız kimi sıravi şeylərin bütününü paylaşmaqdan keçər.

Dürüstlük: Dürüstlük doğrunu söyləməkdir. Yenə də burada diqqətli olmaq lazımdır, 3 xarakteristikanın da doğru yerdə olması lazımdır səmimiyyət ehtiva edən dialoq üçün. Güvən olmadan dürüstlük naxoş və duyğusuz ola bilər; gerçəyi saxlamaq ya da ağ yalanlar söyləmək vəziyyəti dəyişdirməz. Bəzi zamanlar lazımlı olduğunu müdafiə etsəniz də, səhv etməyin. Ağ da olsa yalan danışdığınızda səmimi olmursunuz.

Hörmət: Burada bəhs etdiyimiz qarşımızdakının duyğularını hörmətlə qarşılamaq. Sevgilinizin hisslərinə hörmət edin… Məntiqə uyğun gəlmək məcburiyyətində deyil..

Əgər sevgilinizlə ilə açıq, dürüst və hörmətli bir ünsiyyət qursanız, əlaqənizi gözləyən çətinliklərin qarşısına daha güclü çıxarsınız.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!