Axtararsan

Axtararsan
Sevgi Dünyası
10.09.2017 16
Axtararsan
 
Məni axtarışa çıxarsa xülyaların
Hüznün ruhuna çəkdiyi şəkillərdəyəm
Qəmsiz bir gecənin qaranlığında deyil
Ürəyində qanayan seqmentlərdəyəm
 
Ağılına düşərəm hanı olar da
Gözəlliklərin görünməyən üzündə axtar
Sevginin mənfəətə döndüyü yerdə
Bir könül yarasının izində axtar
 
Yıxılmış ümidlərin dağıntısından keç
Yetim bir uşağın gözündə axtar
Ağıların tüstülədiyi evlərə uğra
Bir ananın boş qalmış dizində axtar
 
Məni ulduzlarda axtarış boşa
Ürəyini kədərə qərq edən sızılardayam
Dərdlərinlə taparsan məni baş-başa
Sənin kimi qarayazılardayam
 
Saxta sevgiləri tanımaz ürəyim
Məni sevən könüllərin ocağında axtar
Mənfəətlə baxmasını bilməz gözlərəm
Məni gerçək dostluqların qucağında axtar
 
Xoşbəxtliyi izah edən mahnılarda deyil
Yaralı ürəklərin ağılarında axtar
Məni mənfəət və xəyanətdən uzaqda
Yağacaq sevgi buludlarında axtar
 
Elə səndən çox uzaqlarda deyiləm
Görməsini bilən gözlərin baxışındayam
Bəlkə sənə səndən daha yaxın bir yerdə
Çarpan ürəyinin hər atışındayam
 
Ağılına düşərəm hanı olar da
Məni sığmadığın duyğuların içində axtar
O qədər də asan taparam sanma
Məni mənim səni görə biləcəyim şəkildə axtar
 
 
Tərcümə etdi: PRETTY GİRL
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!