Çiçək İlə Su

Çiçək İlə Su
Sevgi Dünyası
10.09.2017 17
Çiçək İlə Su
 
Günün birində bir çiçəklə su qarşılaşar və yoldaş olarlar. Gözəl bir yoldaşlıq olaraq başlar birlikdəlikləri… Əlbəttə zaman lazımdır bir-birlərini tanımaları üçün. Gəl zaman, get zaman çiçək o qədər xoşbəxt olar ki; xoşbəxtlikdən içi içinə sığmaz artıq… Anlar ki, suya aşiq olmuşdur. İlk dəfə aşiq olan çiçək, ətrafa qoxular saçar; "Sırf sənin xatirin üçün ey su" deyərək...
Elə zaman gəlir ki, artıq su da çiçəyə qarşı bəzi hissləri olduğunu fərq edər. Ehtimal ki, çiçəyə aşiqdir amma su da ilk dəfə aşiq olur, eşq nədir bilməz…
Günlər və aylar bir-birini keçər və çiçək; "Görəsən su məni sevirmi?" deyə düşünməyə başlar. Çünki su, çox maraqlanmaz çiçəklə... Halbuki çiçək, alışqın deyil belə bir sevgiyə və dözə bilməz:
- Səni sevirəm su! dəyər.
Su:
- Mən də səni sevirəm! deyər.
Aradan zaman keçər və çiçək yenə "Səni sevirəm" deyər. Su, yenə "Mən də" deyər. Çiçək, səbirlidir. Gözləyər, gözləyər, gözləyər... Artıq elə bir vəziyyətə gəlir ki, çiçək qoxu saça bilməz ətrafa və son dəfə suya; "Səni sevirəm" deyər. Su da ona "Söylədim ya mən də səni sevirəm" deyər.
Və gün gəlir çiçək yataqlara düşər… Xəstələnmişdir artıq. Rəngi solmuş, çöhrəsi saralmışdır çiçəyin. Su da gözləyər çiçəyin başında, köməkçi olmaq üçün sevdiyinə... Müəyyəndir ki artıq çiçək öləcək və son dəfə çətinliklə başını çevirərək çiçək, suya deyər ki; "Səni mən, həqiqətən sevirəm."
Çox kədərlənər su bu vəziyyət qarşısında və son çarə olaraq bir həkim çağırar "Nədir problem?" deyə... həkim gəlir və müayinə edər çiçəyi. Sonra belə deyər həkim:
- Xəstənin vəziyyəti ümidsiz artıq əlimizdən bir şey gəlməz!
Su maraqlanar; "Sevgilisinin ölümünə səbəb olan xəstəlik nədir deyə?" və soruşar həkimə. həkim, belə bir baxar suya və deyər ki:
- Çiçəyin bir xəstəliyi yox dostum... Bu çiçək yalnız susuz qalmış, ölümü onun üçün…
Su o anda etdiyi böyük səhvi fərq edər… Sevgiliyə yalnız "Səni sevirəm" demək yetməzmiş...
 
 
Tərcümə etdi: PRETTY GİRL
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!