Gül Və Bülbül

Gül Və Bülbül
Sevgi Dünyası
10.09.2017 44
Gül Və Bülbül
 
Bir zamanlar bülbüllər mahnılarını tək ağaclar üçün söyləyərlərmiş. Yer üzünün bəzəyi olan çiçəklərə mahnı oxumaq ağıllarının ucuna belə gəlməzmiş. Çiçəklərsə bu vəziyyətə çox kədərlənərlərmiş; "Ah... Ah! Bu gözəl səsli, xoş nəfəsli bülbüllər, bir güncük də olsa bizim üçün mahnı oxusalar nə olar sanki?" deyə şikayətlənər dayanarlarmış.
Çiçəklər üzərlərindən keçərkən tutduqları bir bülbülə; mahnılarını özləri üçün də söyləməsini üçün yalvarmışlar. "Səsini çox sevirik!" demiş çiçəklər bülbülə, "Hər birimiz üçün bir mahnı oxusansaya…". Minlərlə çiçəyə, minlərlə dəfə mahnı oxumaq asanmı ki? Bülbül qıra bilməzmiş çiçəkləri amma demiş ki:
- Sabah səhər, erkəndən gəlirim, içinizdən ən çox hansınızı bəyənsəm onun üçün ən gözəl mahnılarımı söyləyərəm.
Bülbül gedincə qısqanclıq bu ya, hər kəs özün daha gözəl olduğunu iddia etməyə başlamış. Sümbül:
- İçinizdə ən gözəl mənim! Bülbül ən gözəl mahnılarını mənim üçün söyləyəcək!
Bənövşə bu sözlərə çox incimiş:
- Zarafatmı edirsən sən? Məndən daha gözəl olduğunu necə söyləyə bilərsən! Bu gözəlliyimə bir bax! Bülbül mahnılarını mənim üçün söyləyəcək!
Çobanyastığı da içdən içə gülməyə başlamış:
- Canlarım! Sümbül ilə bənövşə, siz məndən xəbərsiz yaşayırsınız hərhalda? Bağçaların kraliçasıyam mən! Bülbül qətiliklə mahnılarını mənim üçün söyləyəcək!
Ardından, qırmızı lalə, mavi kiçik mina, zanbaq, çiydəm deyərkən çiçəklərin hamısı başlamış mübahisəyə, mübahisələrin arxası kəsilməmiş. Heç bir-birlərini qırmış əzəli dostlar. Geç vaxtlara qədər sürmüş bu mübahisə. Sürmüş sürməsinə də gül bir küncdə dayanıb heç qarışmamış sözə. Ağız döyüşü etməmiş, dostlarıyla. Yuxu vaxtı gəlincə də; hər kəsə yaxşı gecələr diləyib yatmış. Səhər qalxınca, görmüş ki dostları yorğunluqdan oyana bilməmiş. Onları narahat etmək istəməmiş, bir tərəfdən də bülbülü gözləmiş… Bülbül gəlmədən əvvəl oyanmış bütün çiçəklər lakin hamısının üzərində gecə edilən mübahisənin yorğunluğu... Hamısının üzləri solmuş yorğunluqdan… Gül isə zamanında yatıb zamanında qalxdığı üçün bütün gözəlliyini mühafizə etmiş.
Bülbül gəlmiş, çiçəkləri salamlamış. Çiçəkləri seçmiş, ayırmış, bir-bir. Hər çiçəkdə bir qüsur tapmış, amma gülə heyran heyran baxıb qalmış.Bütün çiçəklər bülbülə aşiq olmuş; bülbül isə tək gülə... Bülbül ən gözəl mahnıları gülə söyləmiş.
O gündən bu günə bülbül, gülə həmişə ən gözəl mahnıları söyləyərmiş. Bülbül ilə gül bir araya gəlsələr, mahnı oxuyub gülüşərlərmiş. Onların söhbətləri bütün sevənlərə rəhbər olmuş. O zamanlardan bəri sevənlər sevdiklərinə, söhbətlər artsın deyə gül verərlərmiş. Deyərlər ki; bülbül, gülü hər səhər gün doğulmadan gözəl mahnılarıyla oyandırarmış.
 
 
Tərcümə etdi: PRETTY GİRL
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!