Yalnızlığımla Danışıram....

Yalnızlığımla Danışıram....
Sevgi Dünyası
10.09.2017 25
Yalnızlığımla Danışıram....

Nə sənə gələ bilirəm bu gecə, nə sənsiz bağlana bilir gözlərəm. İçimdə qəribə bir hal var, bir az yüngül məşrəb, bir az avarayam. Halbuki necə sevişəcəkdik getməsəydin?....
Dilimin ədəbsiz yanına aldırma, ürəyim qan ağlayır, bu söylədiklərim yalnız aldatma! Ağrılarını unutmanın bir neçə yolu var. Ya içib içib uyğunlaşaraq sızıb bir yerə düşəcəksən, ya ağrını dindirəcək bir dərman içəcəksən, ya canını daha çox ağrıdacaq bir yerini kəsəcəksən…
Düşündüm; ürəyim bu qədər ağrıyarkən daha çox canımı yanacaq haranı tapa bilərəm deyə? Tapa bilmədim!
Ağılımın zəfərinə qandım, indi bu sətirləri yazmaqdayam.Sənə izah edəcək nə çox şeyim vardı halbuki, nə çox sözüm vardı, hamısını bir qələmdə sildim. Nə izah etsəm sənə çatar, nə söyləsəm ürəyində bir damla gözyaşına səbəb ola bilər ki? Hamısı qəribə bir iç çəkiş!
Çox uzun zaman yaşadıqlarımızı düşündüm. Düşündükcə itdim xatirələrdə və bizim xatirələrin heç biri çıxışı bilmir içinə girincə… Ona görə hələ səni sevirəm!
İşin pisi nə sənə gələ bilirəm bu tək gecələrdə, nə səni düşünməkdən imtina edə bilirəm. Yalnız təkliyimlə danışıram, təkliyim onsuz da matəmində, cavab belə vermir ki; bütün cümlələrim sahibsiz qalır.
Ona görə bu gecə yazmağı seçirəm. Bildiyim neçə acı varsa içimdə, neçə qəhqəhə varsa hamısını sayıb sayıb dənizə atıram. 
Bu gecə sənə gələ bilmirəm, ehtimalla sabah da gələ bilməyəcəyəm və sonrakı günlərdə də amma bir mənası olacaq həmişə səni sevməmin.
Heç olmasa sənin üçün qiymətli olacaq və sən bu gün də, ən çox mənim tərəfimdən sevildiyini düşünəcəksən; ehtimalla sabah da və sonrakı günlərdə də! Amma nə fayda….
 
Tərcümə etdi: PRETTY GİRL
Redakte etdi: PRETTY GİRL
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!