Səni gözlədiyim gecələr

Səni gözlədiyim gecələr
Sevgi Dünyası
10.09.2017 18
 
Səni gözlədiyim gecələr
Bir dosta səninlə keçirdiyim illəri izah etdim, izah edərkən belə ürəyim qanadı.hələ düşünürəm də, mən o qədər ağrını necə yaşadım?
Uzun illər boyunca sevdim səni, elə belə deyil, çox sevdim… İndi düşününcə səbəbini tapa bilirəm amma o ağılımla sevdim işdə! Çünki bilinənin əksinə sevmək ürək deyil beyin işidir.
Səni gözlədiyim o uzun gecələri düşündüm. Hanı sənin, kimin qollarında olduğunun müəyyən olmadığı gecələri... Hər səfərində mənə xəyanət etdiyini bildiyim amma sırf özümə bunu yedirə bilmədiyim üçün, söylədiyin bütün yalanlara inandığım gecələrin səhərlərində, səni bağışlamaq üçün necə məşğul olduğumu düşündüm.
Sənə inanmanın səbəb bu qədər əhəmiyyətli olduğunu tapmağa çalışdım və səni nə etsən et sevməyə davam etməmin səbəbini… Tapa bilmədim!
Gəncliyimin gözümün qarşısından itkin gedişini o zamanlar görə bilmədim. Aşan gözü kordur deyərlər ya; əslində eşq axmaqlıq halıdır məncə! Şüursuz bir həyat müddətidir. Yoxsa ağılı yerində olanın aşan ardına ilişib bu qədər səhvi sinəyə çəkməsinə eşq korluğu deyilməməli!
Səni izah edərkən gözlərəm doldu. Darıxdığımdan filan deyil, özümə ağladım bir az. Niyə bunları özümə cəza kimi çəkdirdim deyə qızdım; sonra susdum… Səninlə əlaqədar gözyaşlarını illər əvvəl qurutdum mən.
Səni gözlədiyim gecələrdə, hanı əqrəblə dəqiqə əqrəbinin o bitmək bilməz əziyyətində qıvrılarkən və heç cür keçmirkən zaman, əlim davamlı telefonda, gözüm qapıdaykən yaşadıqlarımı xatırladım.
Gecə hər yanı səssizlik basardı. Bütün evlərin işıqları tək-tək sönərdi. Hər kəs sevdiyinin qoynunda yuxuya gedərdi. Mən məhəllə gözətçisi kimi, tək işığı yanan ev olaraq qalardım. Hər avtomobil səsinə şüşəyə atılmaqdan və hər lift hərəkətini sən sanmaqdan yorulub, artıq kreslodan qalxmadan küçəsi dinlərdim.
Bir avtomobil gəlib dayandığında əvvəl qapı səsini dinlərdim. Əgər iki qapı bağlandısa, sən deyil idin, yerimdən qalxmazdım. Tək qapı səsiylə küçədə əks-sədalanan ayaq səslərinə pür diqqət kəsilərdim. Sonra mənzil qapısının açılıb liftin hərəkət etməsini gözləyərdim.
Səni gözlədiyim uzun və tək gecələrdə, mən həmişə içimə axıdardım yaşlarımı, sonra dözə bilməz ağlardım. Sonra sənə qızardım, hirsli bir döyüşlə sonlanardı gəlişlərin və nə acı ki; mən yenə şüşənin qarşısında ağlardım. Sən kürəyini dönüb mışıl mışıl bir yuxuya gedərdin….
 
 
Tərcümə etdi: PRETTY GİRL
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!