Söyləməyə zamanı olmayanlara....

Söyləməyə zamanı olmayanlara....
Sevgi Dünyası
10.09.2017 38
Söyləməyə zamanı olmayanlara....
Yalan danışmamaq deyil, gerçəyi gizləməməkmiş bacarıq.
Ürəyini əlimə qoyduğunda anladım...
''Sənə ehtiyacım var, gəl!'' deyə bilməkmiş güclü olmaq.
Sənə ''get'' dediyimdə anladım...
Biri sənə ''get'' dediyində, ''qalmaq istəyirəm'' deyə bilməkmiş sevmək.
"Get" dediklərində, getdiyimdə anladım...
Sənə sevgim ərköyün bir uşaqmış, hər düşdüyündə zırıl zırıl ağlayan,
Böyüyüb mənə sıx sarıldığında anladım...
Üzr istəmək deyil, ''bağışla məni'' deyə qışqırmaq istəməkmiş peşman olmaq.
Həqiqətən peşman olduğumda anladım...
Və qürur, itirənlərin, acizlərin maskasıymış.
Sevgi dolu ürəklərin qüruru olmazmış.
Ürəyimdə sevgi tapdığımda anladım...
Ölərcəsinə istəyən, gözləməz, yalnız ümid edərmiş bir gün bağışlanılmağı.
Məni bağışlamağını ölərcəsinə istədiyimdə anladım...
Sevgi əməkmiş.
Əmək isə imtina etməyəcək qədər, amma azad buraxacaq qədər sevməkmiş...
 
 
Tərcümə etdi: PRETTY GİRL
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!