Gözlərimdə Keçmiş Günlər

Gözlərimdə Keçmiş Günlər
Sevgi Dünyası
10.09.2017 38
 
Gözlərimdə keçmiş günlərin arxivi...Tanış bir sima, bir o qədərdə uzaq yalnız mənim bildiyim yüzlərcə insan arasından mənim seçə bildiyim...Hamı üçün adi mənim üçün kecmişdən qonaq.Kecmiş hisslər, kecmiş yaralar, sevinclər və hüzünlər...Keçmiş, keçmiş və gecikmiş...Yalnız bir an çox qısa saniyələrlə ölcüləcək, amma əsrlər qədər uzun.Günlər boyu məni izləyən, gözümün önündən getməyən bir an! Eynilə sənə vurulduğum an kimi...o təbəssümün kimi...


Bir anlıq baharı gətirdin könlümə.Üzümdə təbəssüm həmdə qorxu yarandı içimdə ILAHI görməsin gözlərim səni...Səni gördüyüm o isti ayları xatırladım, yenə mənə baxan o gizlin baxışlari...Lakin qısa sürdü bu bahar və isti aylar gedişinlə payız çökdü qəlbimə, kədərli bir zülmət hakim oldu gözlərimə...Aylar keçdi, il ötdu, fəsillər deyişdi daha, bilirəm imkansizdi və daha geri dönüş yoxdur bu yolda!!! Amma qəlbimdə bir yer ən ucqar məkan bataqlıqlarım var, orda hisslərimi boğan, keçmişin izlərini basdıran xəzanlar var.Sevgimin üstündə daha nəhəng çılpaq ağaclar kök salib payizi yaşayan bir ölkəm var.Istəsəmdə bahar gəlməz daha oralara, payızım elə puç etmişki ümidləri, elə dagitmişki ölkəmi uca sədlər çəkmişəm tənha kimsəsizdir artıq ora... Heç kimin bilmədiyi tənhalıq məskənim mənim keçmiş izlərim...

Su kimi şəffafsan amma içimdəkiləridə alib götürürsən.Yol kimi sənində sonun yoxdur. Yəni səni sevmənin sonu yoxdur. Bunun belə olaraq haraya qədər davam edəcəyini təbiiki bilmirəm. Bunu mən anlaya bilmərəm. Amma bunu bil ki, səninlə birgə ölümdən belə qorxmaram!!! Sənsiz keçən bir gunu deyil bir saniyəni belə düşünməz oldum. Sən mənim mənliyim, varligim, həyatım, gələcəyim, sevincim, mükəmməlim, qisacası hərşeyimsən. Sənsiz bir heyatın oksigensiz yaşamaqdan fərqi yoxdur. Aldığım nəfəsdə, içdiyim su da, hərəkət etdiyim yolda, hər şeydə sən və səndən izlər var!!!
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!