Esgerim Menim...

Esgerim Menim...
Sevgi Dünyası
10.09.2017 229
Esgerim menim



Esgerim menim, canım menim, heyatım. Nefesim. Bedenimde dayanmadan axan qanım. Ruhum menim, çox uzaqlardasan…

Çox ezablardasan…çox soyuqlardasan…çox yağışlardasan..

Kaş senin o ezablarını men çekerdim, o soyuqları men hiss ederdim, o yağışlarda men islanardım.

Esgerim menim, darıxmıram sensiz..ÖLÜREM. Üreyim parça parça, yaralı yaralı seni axtarır…Sene oxşar üzler axtarır, sesine oxşar sesler. gözlerini axtarır…meni qoruyan ellerini axtarır…axtarır amma tapmır..şekline baxmaqdan da yoruldum…çünki elimi bedenine vurub, istiliyini hiss ede bilmirem.qulağımı sinene qoyub, üreyinin döyüntüsünü eşide bilmirem..

Ruhum menim, sensizlik meni çox incidir..üreyim ele ağırlaşıb..gözlerim ele yaşarıb. Ellerim soyuyub, sevincim ise yox olub.

Sonuncu defe seni görmeyim yadıma düşür..düz 1 il önce..gözlerin dolmuşdu, amma ağlamadın, "sene sağ salamat qayıdacam" deye söz verib yola düşdün…



Sonuncu defe telefonda ağlamağın yadıma düşür.."Meni unutma" deyen sesini. Göz yaşlarını bele sile bilmedim..

Gözüm yollarda, elim telefonda…belke gelersen..belke zeng edersen.

Heyatım menim, bu gün ananla danışdım. O da çox ağladı..senden danışdı, sesine hesretinden danışdı…onun da gözü yollarda. sensiz ne hallara düşüb…heç sesini bele tanımadım, her sözü qırıq..mene qızım dedi =(

Nefesim menim, sensiz nefesim çatmır. gözüm yuxu görmür..yalvarıram her gece Allaha, yalvarıram ki birce defede olsun seni yuxumda görüm, elini tutum, sesini eşidim. Qucaqlayım, istiliyini hiss edim. Sene seni hele de sevdiyimi deyim. SENİ SEVİREM. Sevgilim, seni çox sevirem, amma kaş bu qeder sevmezdim. Kaş bu qeder darıxmazdım. Sen de menim üçün darıxırsanmı? Ne olar yuxuma gir. Gel yuxuma…elimi tut, meni sevdiyini de.



Yene ilk görüşümüz yadıma düşdü. Meni deniz qırağına aparmışdın, o denizlerde bal ayına gedeceyimizi söyledin…"Bir qızımız olacaq, sen ana men ata, dünyanın en xoşbext ailesi olacayiq" deyib söz vermişdin…

O sesin üçün darıxmışam. O gözlerin üçün darıxmışam…sanki itirdim o gözlerde..

sene çox ehtiyacım var..donuram. qayıt mene esgerim, ne olar qayıt…yalvarıram qayıt mene ruhum menim…ruhsuz qalmışam. Niye qoyub getdin axı?



Esgerim menim, gelmişem seni görmeye, görürsenmi meni? uzanmışam mezarının üstünde…ağrıyıram..ağlıyıram..bu biten güller menim gözyaşlarımla bitir..

Ruhum menim, seni qoyub getmek istemirem..çox uzaqlardasan, çox ezablardasan, çox soyuqlardasan, çox yağışlardasan bu torpağın altında…ne olar qayıt mene…ne olar esgerim menim, qayıt mene..sensiz qalmışam..ne olar qayıt...



 [Bir il önce ona yazdığım son mektubdu. biri mende, biri ise mezarının üzerinde idi..amma külekler apardı..]
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!