Sən getdin...

Sən getdin...
Sevgi Dünyası
10.09.2017 29
 

 
Sən getdin, elə bil dünya boşaldı
Yazda köçüb getdi, yeri boş qaldı
Bahar ürəyimi sənsiz qış aldı
Mən yaza vurulmuşam, qışı neynirəm??


Eşqimi aparıb sən getdin demək
Eşqsiz bir dünya nəyimə gərək??
Soyuq daşa döndü, o gündən ürək,
Sinəmdən asılan daşı neynirəm??

Həmişə ayrıyıq, gecə gündüzük
Birimiz təpəyik, birimiz düzük
Üstünün qaşıyla tanınar üzük
Əgər üzük yoxsa qaşı, neynirəm??


Niyə yaşayıram, mən niyə sənsiz,
Nə yerə baxıram, nə göyə sənsiz.
Mən ki, kor olmuşam hər şeyə sənsiz,
Kor gözün üstündə qaşı neynirəm??!!
 
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!