Nece unudum seni?!

Nece unudum seni?!
Sevgi Dünyası
10.09.2017 35
Nece unudum seni?!


Sen…başıma gelen en gözel şey idin... Çetin oldu ayrılmaq ve bu qerarı düşünüb qerar vermek… İlk günler heyatıma küsüb otururdum evde, insanlarla ünsiyyet qurmaqda çetinlik çekirdim, danışmırdım, gülmürdüm… Sonralar alışdım sensizliye, getdikce qebul etdim tenhalığımı… Neticede sensiz davam etmeliydim heyata… "Yaşamağa” çalışırdım... Bir ara çox cehd etdim gülmeye…ama o qeder qondurmuşdum ki saxta tebessümü üzüme artıq el çekmirdi,istesem de el çekmirdi… Heyat düyümlenmişdi boğazımda,qurtum-qurtum gilelenirdi zaman keçdikce…Zaman yaraları sağaldır…inanmıram bu söze…zaman heç neyi sağaltmır, köz tutur yaralar…ve bir gün en kiçik toxunuşla qanayır o yara… intihara sürükleyecek qeder qanayır...



Dünen yene sen geldin ağlıma… Oturdum sakitce seni düşünmeye başladım,düşündüm, düşündüm…nehayet yoruldum ağlamaq istedim, bacarmadım… 1il bundan evvel ölmeyi bacarmadığım kimi… Dünen yene sen gelmişdin yuxuma… Ritmi pozulmuşdu üreyimin, hiss edirdim damarlarımda qanın donduğunu…SENSİZ  ölmeyi bele bacarmamışdım men… Dünen yene sen gelmişdin yanıma…oturmuşdun yanımda…meni qucaqlayırdın, elimi berk-berk sıxmışdın…Yene mene şirin yalanlar deyirdin: ”Darıxmışam seninçün...”



Dünen menden "Nina Ricci vurmusan yene?” soruşaraq boynumu qoxulayıb qucaqlayırdın belimi… Boynumda isti nefesin, ellerimde ellerinin izi, saçlarımda etirin, ruhumda sen varsan… İndi cavab ver…





NECE UNUDUM SENİ?
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!