Daha nağıllara inanmıram mən

Daha nağıllara inanmıram mən
Sevgi Dünyası
10.09.2017 52
 
Daha nağıllara inanmıram mən ( N. Kəsəmənli)
 
Çapıb öz atını Ağ atlı getdi, Atları şimşəkdən qanadlı getdi, Uşaq yaddaşımı qanatdı getdi, Daha nağıllara inanmıram mən.Nənəmin inamı, dərdi nağıllar Namərdə aldatdı mərdi nağıllar, Bizi yuxulara verdi nağıllar, Daha nağıllara inanmıram mənUşaq ovutmağa bir noğul idi, Sözlərdə yaşayan bir ağıl idi, Yaxşı adamlar da bir nağıl idi, Daha nağıllara inanmıram mən“Sim Sim” i sözlə yox zorla açdılar, Tilsimi min cürə yolla açdılar, Him – cimi möhürlü qolla açdılar, Daha nağıllara inanmıram mənFatmalar ayağı kəndirdə qalmır, Xəmrimiz küt gedir, təndirdə qalmır, Qarğalar tülküyə daha aldanmır, Daha nağıllara inanmıram mənAcı həqiqətlər bal dadır indi, Arısı olmayan bal satır indi, Keçəli saçlılar aldadır indi, Daha nağıllara inanmıram mənElə yuxularda atlar kişnədi, Divləri qazana saldım, bişmədi. Gözlədim, göylərdən alma düşmədi. Daha nağıllara inanmıram mən!…
 
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!